dini radikalizm və ekstremizmlə mübarizə

KEÇİ BUYNUZU


(Hekayə)


...Səlimlə Mədət orta məktəbdə bir sinifdə oxuyurdu.Həm də qapıbir qonşuydular.Elə uşaqlıqdan bir məhəllədə böyüdüyündən möhkəm dost idilər.Günləri,saatları bir yerdə keçirdi.Hətta dərslərini,tapşırıqlarını da çox vaxt birlikdə oxuyub həll edərdilər.
Səlim həddindən artıq çəlimsiz,arıq,həm də fiziki cəhətdən zəif idi.
Evdən çıxıb məktəbə gedəndə də yarı yolda onun çantasını Mədət əlindən alıb öz çiyninə atardı.Tez-tez təngənəfəs olardı,Səlim.
Nəfəs darlığı yazığı tamam əldən salmışdı.Getmədikləri,üz tutmadıqları xəstəxana,müraciət etmədikləri həkim də qalmamışdı.Yenə də halı düzəlmirdi ki,düzəlmirdi.Məktəbdə Səlimin vəziyyətindən hamının xəbəri vardı.
Hətta idman dərslərində belə Səlimə güzəşt edirdilər...
Ancaq məktəbin həyətində futbol oynayanda Səlim bir kənardan durub sinif yoldaşlarının oyununa həsədlə baxardı.Onun məsum və pərişan baxışları ən çox Mədətə təsir edirdi.Kaş Səlim də bizim kimi qaça biləydi,-deyə dostu təəssüflənərdi!..
Həyatda olduğu kimi belə yarışlarda da Səlimlə birgə çiyin-çiyinə futbol oynamasını çox istəyirdi,Mədət!
Amma nə etmək olardı?
Xəstəlik Səlimi rahat buraxmırdı.Çətinliklə nəfəs almağı onu yaşıdlarından geri qoyurdu.
...Bir gün Mədət bu sirri dünyagörmüş,türkəçarənin kamil bilicisi kimi kənddə tanınan nənəsi Abuzər arvada danışanda o gülərək demişdi:
-Burda nə var ki,ay bala?
Nəfəs darlığı,təngənəfəslik mənim əlimdə su içimi kimi bir şeydir.Onun dərdini də bilirəm,dərmanını da...
Səlimi gətirərsən,ona bir baxıb əncam çəkərəm.Mədətin çiçəyi çırtlamışdı,nənəsinin bu sözündən.Sevincindən nə edəcəyini də bilmirdi.Eləcə nənəsinin ağzında sözü qurtaran kimi tüpərək Səlim gilə tərəf qaçdı.Onu səsləyərək əlüstü nənəsinin yanına gətirdi.
Abuzər arvad Səlimi təpədən dırnağa süzüb dedi:
-Bıy...başıma xeyir,bu yazıq hörümçıkdən can istəyir ki,-dedi.Əvvəlcə Səlimin sinəsini, boğazını,kürəyini məlhəm əlləri ilə bir beçə dəfə sığadı.
Sonra üzünü nəvəsi Mədətə tutaraq:
-Bunun əlacı ancaq Keçi buynuzundadır!
-Keçi buynuzu nədir,ay nənə?
İndi durub hardan tapaq,hardan alaq bu,keçi buynuzunu.
Abuzər arvadın dodağı qaçdı.
-A bala,ev heyvanı olan keçinin buynuzunu demirəm,ee...
Mən dediyim keçi buynuzu bitkidir,e bitki.
-Odey....Hüseynqulu babanın çayxanasının yanındakı Akasiya ağaclarının meyvəsini deyirəm.Keçi buynuzuna oxşayır.Özü də əyri-üyrüdür,oval kimidir! Həm də içi ballıdır.Yadında saxla ki,Akasiya balı balların şahıdır.Hələ bəkməzini demirəm,ay bala!..Gündə o keçi buynuzunun balından 2-3 dənəsini sümürüb yesə bəsidir! Xəstəliyi-zadı keçib gedəcəkdir.
Keçi buynuzunun balı minbir dərdin dırmanıdır,ay bala.Ələlxüsus da nəfəs darlığının,təngənəfəsliyin...Onun balı tənəffüs yollarını təmizləyir,bağırsaqları zir-zibildən,divarlarına hopan çöküntüdən xilas edir. Doyunca rahat nəfəs də ala bilirsən...
Di,durmayın.Gedin,yerdə-yurdda varsa,tapıb yeyin,amma dənəsini udmayın,ha! Görün necə də nəfəsiniz genələcək,rahat da nəfəs alacaqsınız,elə biləcəksiniz ki, ciyərlərinizə dağ havası çəkmisiniz!
Səlimlə Mədət himə bənd imiş kimi Nənəsi nişan verdiyi yaxınlıqdakı Akasiya ağacları bitən yerə üz qoydular.
Doğrudan da gördülər ki,ağacın dibinə tökülən iri yarpaq şəkilli meyvələr həqiqətən keçi buynuzunu xatırladırdı...
Acgözlüklə keçi buynuzunun şirəsini-balını sümürməkdən belə doymurdular.
Bu hal bir neçə gün davam etdi.
Yenə də bir dəfə dərsdən gələndən neçə saat sonra Mədət Səlim gilə getmişdi.
Ancaq anası Səlimin evdə olmadığını bildirəndə Mədətin ağlına ilk gələn yer yenə Akasiya ağaclarının yanı oldu...
Amma Səlimin orda olmadığını görüb geri qayıdanda birdən qulaqlarına ağacın başından uca bir səs gəldi:
-Mən burdayam,ay Mədət!.
Yeməyə keçi buynuzu yığıram.Görmürsən,hər yerimi- qoynumu,qoltuğumu doldurmuşam...Hələ üstəlik sənin də payını dərmişəm! Ta nə istəyirsən?
Bu arada Mədət uğunub özündən getmişdi.
Deyirlər ki,bir müddətdən sonra Səlim elə çevik,zirək,fiziki cəhətdən sağlam olmuşdu ki, hətta idman dərslərində heç onunla rəqabət belə aparan tapılmazdı.
Ən çox eyni açılan,xoş ovqata bürünən,fərəhindən yerə-göyə sığmayan isə Səlimin uşaqlıq dostu elə Mədətin özü idi!.

QAYIDIŞIN BAŞLANĞICI VƏ SONU... KÖÇDÜR!

...Dünyanın heç harasında,heç bir yerində bizim Məmləkətdə olan 44 günlük Vətən savaşının birlik və həmrəylik gücü kimi monolitlik təzahür etməmişdir.Bəlkə də heç gələcəkdə də belə bir nümayişkaranə "El bir olsa,dağ oynadar yerindən,söz bir olsa zərbi kərən sındırar" kəlamı hansısa bir diyarda və yaxud bir məkanda təbədüllat tapmayacaqdır!...
Artıq iki ildən çoxdur ki,doğma yaşayış torpaqlarımız işğaldan azad olunub...Dəmiri isti-isti döyərlər!..Soyuduqca nə varsa...buza dönər.Bu trendin dinamikasını əsla gecikdirmək olmaz.Laqeydlik və soyuqqanlılıq minbir əziyyəti adamın əlində qoyar...Bütün resurslar ellikcə bu istiqamətə-qayıdışa yönəlməlidir!..
Sərhəd rayonlarında möhkəmlənməyin yeganə çıxış yolu ancaq və ancaq insan yaşayışının təcili bərpa olunmasıdır.Keçmişinə köklənənin,ora oturuşanın,ona güvənənin-söykənənin yoludur işıqlı gələcəyi..
Biz öz gələcəyimizi itirməməli,onu axtarıb tapmalıyıq.Bax,onda rahatlıq və dinclik duya bilərik!..
Qoy 2023-ci il minlərlə igidin qanı bahasına azad edilmiş yerlərə qayıdış ilinin kütləvi başlanğıcı olsun!...Təntənəli köç ili olsun!..
Bax,onda şəhadətə yüksələn şəhidlərin ruhu da şad olar!...
Şad olar ki,canımı fəda etdiyim torpağımda doğmalarımın isti nəfəsi duyulur,körpə səsi,uşaq səsi yüksəlir!..Qoy yüz minlərlə insanların Vətən sevgisi,torpaq həvəsi ürəyində qalmasın!..
Köç elə əsl toy-bayram,büsat demək deyilmi?!
Bundan da artıq xoşbəxtlik daha nə ola bilərdi!

Həsən Orucoğlu

Oxunub: 313
Oxşar xəbərlər
SON XƏBƏRLƏR