dini radikalizm və ekstremizmlə mübarizə

Qərbi Azərbaycana doğru: yol da bəllidir, yol xəritəsi də!


Heydər Əliyev ideyaları əsasında Azərbaycanı müstəqillik yolunda inkişaf etdirən, Zəfər zirvəsinə yüksəldən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev uzaqgörən və məqsədyönlü siyasət həyata keçirir, strateji hədəflərə nail olur. Torpaqlarımızın işğaldan azad, ərazi bütövlüyümüzün isə bərpa olunmasından sonra konkret bir strateji məqsəd müəyyənləşdirildi: əzəli və əbədi yurd-yerlərimizə Böyük Qayıdışı təmin etmək!
Artıq nail olmuşuq: Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə nəhəng bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdışa start verilməsi müstəsna hadisədir. Azərbaycan öz gücünü, qüdrətini bütün dünyaya göstərir, müzəffər xalq kimi qayıtdığımız ata-baba torpaqlarımızda əbədi yaşayacağımız və yaradacağımız qətiyyətlə bəyan olunur.
Paralel olaraq tarixi torpaqlarımıza da - İrəvana, Göyçəyə, Zəngəzura qayıdacağımız inamla ifadə edilir. Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı səsləndirdiyi fikirlər həm tarixi faktların üzərinə bir daha işıq salır, həm mövcud reallıqları əks etdirir, həm də gələcək hədəflərimizdən xəbər verir:
- Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Biz ərazi bütövlüyümüzü və ədaləti təmin etdiyimiz kimi, keçmişimizə sahib çıxaraq tarixi yaddaşımızı da bərpa edirik;
- Postmüharibə dövründə dinc hədəflərimizdən, sivil məqsədlərimizdən biri Qərbi Azərbaycana qayıdışın təmin olunmasıdır. Bunun üçün Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalı, xüsusilə də hüquqi müstəvidə bütün lazımi tədbirlər görülməlidir. Dövlət başçısı bəhs olunan çıxışında Qayıdış yolunu da göstərdi, yol xəritəsini də müəyyən etdi.
Azərbaycan xalqı - Prezident İlham Əliyevin ətrafında yumruq kimi birləşmiş dünya azərbaycanlıları inanır: 30 il işğal altında qalmış doğma torpaqlarımıza qayıtdığımız kimi, Qərbi Azərbaycana da qədəm qoyacağıq.
“Dəmir yumruq” Azərbaycana hərbi müstəvidə qələbə qazandırdı, uzunmüddətli hərbi-siyasi əsarətə son qoyuldu. Prezident İlham Əliyevin dəmir məntiqi isə xalqımıza diplomatiya arenasında növbəti zəfər qazandıracaq: indi Qarabağı, Şərqi Zəngəzuru bərpa edirik, Bala Göyçənin sahilindəyik, bir müddət sonra soydaşlarımızın sədası Qərbi Azərbaycandan duyulacaq. Buna heç kimin, hətta tarixi təhrif edənlərin və axına qarşı üzənlərin belə şübhəsi yoxdur və ola bilməz!

Oxunub: 129
Oxşar xəbərlər
SON XƏBƏRLƏR