dini radikalizm və ekstremizmlə mübarizə

226 saylı tam orta məktəbdə sərgi keçirildi


Həyatda iki cür yol göstərən olur. Birisi öz doğru bildiklərini öyrədər, digəri isə doğru yolu görməyi, necə addımlamağı göstərər.
Təhsildə doğru yolu tapmağı, necə addımlağı öyrədən müəllimdir. Müəllimlə şagirdin ilk münasibəti isə sinifdə ilk dəfə göz gözə gəldiyi andan başlayar deyir məşhur türk psixoloqu Doğan Cücəlioğlu. Oyuncaqlarını, bağçadakı çevrəsini buraxıb parta arxasında müəllimlə üz üzə oturmağa gələn birincilərin həm həyəcanı, həm marağı fərqli olur. Müəllimin bilgisi, savadı ilə yanaşı, şagirdlər üçün ən önəmli faktor mimikləri, üz ifadəsi, səs tonu və şagirdlərə ilk xitabıdır. Müəllim bunu diqqətə alıb, o ilk bağı qura bilirsə ən əhəmiyyətli nəticəni əldə etmişdir. Şagirlərin təhsilə marağı, sinif otağına, dərs kitablarına sevgisi məhz bu bağla formalaşır.
Məhz bu gün qonağı olduğum sinifdə bu yuxarıda sadaladığım güvənli bağın toxumları, meyvələri ilə tanış oldum. Djb az. Xəbər və Informasiya portalı olaraq
Suraxanı rayonu, Bülbülə qəsəbəsi 226 saylı tam orta məktəbin 2 a sinfinin Yeni ilə həsr etdikləri kiçik sərginin dəvətlisi idik. Sinif rəhbəri Samirə Cəfərova öz savad və bilgisini səmimi sevgisi ilə bu balacalara aşılayaraq dərs materiallarının yanı sıra Vətənə, təbiətə, dəyərlərimizə, canlılara qayğı, məhəbbəti də öyrədərək onlarda insani keyfiyyətlərin inişafına yol açır.. Qəlbləri böyük bu balaca təbiət sevərlər sinif rəhbərinin təşəbbüsü ilə öz əl işlərini sərgi şəklində valideynlərə və digər ibtidai sinif müəllimlərinə təqdim etdilər. Öz əl işlərini kiçik biznesə çevirən 2 ci sinif şagirdləri satışdan toplanan büdcə ilə xeyir əməl işləməyi hədəfləmişdilər. Satışdan əldə edilən gəlirlə qış fəsli bayırda olan heyvanlara yemək alınacaq. Sinif rəhbərinin şagirdlərə aşıladığı bu təbiət, canlılara sevgi və mərhəmət etmək istəyini elə sinif otağında da görmək olurdu. Sinif otağını bir küncündə balaca bir pişik və ona hazırlanan balaca bir yuvanın şahidi olduq ki, üzümüzdə təbəssüm yaratdı. Məktəbin həyətində ağaclara öz əlləri ilə hazırladıqları quş yuvaları, həyətin bağında əkilən gül fidanları necə sağlam düşüncəli, qayğıkeş, mərhəmətli bir gələcəyin, gəncliyin yetişdiyinin bariz nümunəsidir. Təhsil ocaqları, savadlı, vətənsevər, insani keyfiyyətləri daha çox inlişaf etmiş müəllimlərimiz var olduqca, sağlam ruhda şagirdlərin də yetişəcəyi qürur vericidir.
Qeyd edek ki, bu Samirə müəllimənin ilk təşəbbüsü deyil. Pandemiyadan əvvəl də sinif rəhbəri olduğu şagirdlərlə heyvan sığınaqlarında olmuş, Heyvanlar parkında gəzintidə olmuşlar. Sıx şıx təbiətlə tanış olmağa üşaqları sövq etmiş və dəyərlərimizə xidmət edən layihələrə yer vermişdir
Sərgidə iştirak edən valideynlər uşaqların əl işlərini böyük həvəslə alıb onların bu xeyirxah niyyətlərini həyata keçirməyə dəstək oldular. Biz də saytımız olaraq Samirə müəlliməyə və bu sevimli şagirdlərə ürəkdən təşəkkür edərək təbəssümlə sağollaşdıq. Dəvət üçün 2 a sinfinə və hörmətli Samirə müəlliməyə təşəkkür edirik.

Məleykə Aslanzadə





















Oxunub: 268
Oxşar xəbərlər
SON XƏBƏRLƏR