dini radikalizm və ekstremizmlə mübarizə

Ala itin boz küçüyü


Yəqin ki, həmin it payızda anadan olmuşdu, çünki ancaq payızda anadan olanlar belə soyuqqanlı ola bilər və hərşeyi məqbul saya bilərdi. Gələcəkdəbu itin göz qamaşdıran gözləri və tüklü xəzləri olan yaraşıqlı bir it olacağı aydınca bilinirdi. Artıq havalar soyumuşdu, it (bundan sonra adı iləxitabedəcəm, Layka) dünyaya yeni gəldiyi üçün yaşadıqları yuvadan bayıra heç çıxmamışdı. Bu yuva itlərin, xüsusilə də dünyaya yeni bala gətirən itlərin qorunmasında əhəmiyyəti olan yuva olmaqla yanaşı, heyrətamiz texnikalardan istifadə edilməklə hazırlanmış arxitekturalı yuva idi. İtlər bu yuvanın hazırlanması üçün bir memar kimi plan qurmuş, dekorator kimi bəzəmişdilər.Bəzən heyvanlar özlərinə elə yuvalar qururlar ki, hətta insan zehninə sığa bilmir. Bəlkə də əl əməyindən daha möcüzəvi bir məkan ortaya çıxır, bu yuva da elə yuvalardan biri idi.
Dəhşətin nə olduğu ilə bağlı heç bir fikri olmayan Layka hardan bilə bilərdi ki, bugün onun üçün ən dəhşətli günlərdən biri olacaq. O, yuvanın bir kənarında oturub nəsə düşünmək istəyirdi amma nə düşünəcəyini də bilmirdi. Çaqqalların səsi gəlməyə başladı, ana it ilə ata it yerlərində var gəl etməyə başladılar. Onlar yuvanın içində o tərəfə bu tərəfə qaçırdılar. Laykanın da çıxış yolu tapmaq üçün onlara qoşulmasını istəyirdilər. Amma Layka yerini rahatlamışdı və dörd ayağının üstə qalxmaq istəmirdi, bu aralar özünü çox tənbəl hiss edirdi, bu da çox güman ki, tək qalıb darıxmağının nəticəsi idi. Çaqqallar yuvanın ağzını bağlamış kardon parçalarını didməyə başladılar.
Budur çaqqalardan birinin başı yuvanın içində görünməyə başladı. Layka çaqqalın nə olduğunu bilmirdi, onun düşmən və dost olduğu haqqında isə birazdan təsəvvürü formalaşacaqdı. Çaqqallar içəri daxil olan kimi ana itə hücum etdilər, ana it heç bir müqavimət göstərmədən təslim oldu. Onlar hərəsi bir tərəfdən ana iti gəmirməyə başladılar. Layka kənardan oturub baxır, ata itin nəvaxt müdaxilə edəcəyini və ya ata itə qarşı nəvaxt hücum ediləcəyini gözləyirdi. Sanki həmin Çaqqallar heç vaxt Laykaya toxunmayacaqdılar, özündən əminlik və özündən arxayınlıq vardı, bəlkə də haqlı idi. Ana iti son nəfəsinədək gəmirən Çaqqallar artıq ata itin nəfəsini kəsməyə başladılar. Hər iki it tam öldükdən sonra Çaqqallar dərin nəfəs alıb yuvanın içində istirahət etmək üçün çəkildilər.
Ana və ata itin ölmüş bədənləri yuvanın ortasında qalmışdı. Bəlkə günlərlə, bəlkə aylarla hər iki bədən ortalıqda qaldı və Çaqqallar elə bil Laykada nəvaxt əsəb hissinin formalaşacağını yoxlamaq məqsədilə itlərin hərdən gəlib bir parçasını yeyirdilər. Layka hərgün bu iyrənc mənzərəni görməyə alışmışdı, heç narahat deyildi. Sadəcə çaqqalların iyrənc sifətini görmək istəmirdi, çünki qış çıxmış, havalar isinmişdi. Layka bayıra çıxıb yuvanın girişindən başlayan təbiətin həyatda xoşbəxt olmağa səbəb ola biləcəyi eşqinə düşmüşdü. Qışı geridə qoyan təbiət o qədər gözəl idi ki, onun gözəlliklərini seyr etmək insanı başqa bir aləmə apararaq ruh yüksəkliyi bəxş edirdi.Layka tez-tezmeşənin yaxınlığında yerləşən yuvalarından kənara çıxıb təmiz hava alır və meşənin gözəlliyini dağlarıın duruşuğunu seyr edir, heyvanlar və insanların səsinə məst olurdu. Dünyanın nə olduğunu hiss etdikcə dünyaya ilk gələn gündən ana atasını elə faciəvi şəkildə itirməsi onu kədərləndirirdi. Düzdü ana və atanın nə olduğu barədə gələcəkdə daha çox fikirlər öyrənəcəkdi amma hazırda çaqqallar onun yol yoldaşlarını ondan ayırmışdılar.
Bugün yuvaya biraz tez qayıdıb baş verənləri yenidən analiz etmək istəyirdi və bilmək istəyirdi ki, yaşamaq üçün həqiqətən yemək lazımdırsa çaqqallar onu niyə yeməmişdilər. Yox, yemək üçün deyildisə, bu qədər murdarçılıq etməyin səbəbi nə idi? Yuvada oturmuşdu, çaqqalların gələcəyini hiss edirdi, hisslərinin də çox güclü olduğuna əmin idi. Çaqqallar qapıda göründülər və Layka qış uzunu nə qədər soyuq olsa da, onlarındidib dağıtdıqları kardonlara yaxın belə durmamışdı. Çaqqallar yavaş-yavaş Laykaya yaxınlaşdılar, ilk öncə onda qəzəb yaratmaq üçün ana və ata itin yerdə qalmış sür-sümüklərini mundarladılar, ora-bura dağıtdıqdan sonra Layka ilə üz-üzə 5 çaqqal dayandı. Layka qorxunun nə olduğunu bilmədiyindən onlara reaksiya vermirdi. Onların arasından sakitcə keçib getmək istəyən layka dişlərin şaqqıltı səsini eşitdi, çaqqalların ulaşması onu azca vahiməyə saldı. Artıq çaqqallar onu dairəyə almışdı, yuvanın girişindən çölə çıxa biləcəyi yerdə duran çaqqal laykaya daha mərhəmətli görünürdü. Arxadan layka dərisində ağrı hiss etdi və dərhal önündəki çaqqala yalvarışlı baxışlarla baxaraq ona doğru hərəkət etdi. Çaqqal laykanın üz hissəsinə cırmaq atsa da layka baxışları ilə ondan yardım istəməkdən əl çəkmədi, tək çıxış yolunun həmin çaqqalın azca mərhəmətindən asılı olduğunu bilirdi. Layka çox böyük ağrı və iztirablarla yuvanı tərk etmişdi. Axşama kimi gəzişdi, meşənin heç də kənardan göründüyü kimigözəl və cazibədar olmadığını çox böyük dəhşətli hadisələrə ev sahibliyi etdiyini anladı. Qalmağa yeri yox idi, yenidən yuvaya qayıtdı. Çaqqallar çıxıb getmişdilər, çox güman ki, birləşib yeni itlər tapmaq üçün, başqalarının əzabından əyləncə çıxarmaq üçün axtarışa çıxmışdılar. Heç onlar da laykanın bu qədər ürəkli və ya çarəsiz qalaraq həmin yuvaya bir daha geri qayıdacağını ağıllarına belə gətirməzdilər. Ertəsi gün Layka yenidən yuvanı tərk etdi, meşəyə doğru hərəkət edərək gəzişə çıxmışdı. Bir it ailəsinə rast gəldi, onlara yaxınlaşdı. Meşədə insanlar yeyib-içdikdən sonra artıqları qalmışdı. İtlər laykanın yaralı və halsız olduğunu gördülər. Onu yeməyə dəvət etdilər. Onlarla birlikdə yemək yedikdən sonra hərəsi bir ağacın kənarına istirahət üçün çəkildilər. Axşama doğru yağış yağmağa başladı, itlərin harada gecələyəcəyi barədə heç bir fikirləri olmadığını bilən Layka onları öz yuvasına dəvət etdi. Yuva çox qaranlıq və soyuq idi. Onlar birlikdə kardonları yenidən bərpa edib yağışın və soyuğun yuvaya daxil olmasının qarşısını aldılar. Beləcə bir neçə gün onlar həmin yuvada yaşadılar amma bir dəfə də olsun söhbət etmədilər. Danyeri açılmağa başlayanda çaqqalların səsi gəldi. Onlar yenə də kardonları didişdirirdilər. Ötən mənzərə yenidən təkrarlanırdı. Çaqqallar sürü ilə içəri daxil oldular. Bala itlərdən birini dairəyə aldılar. Gəmirə gəmirə itin nəfəsini kəsdilər. Çaqqallar çox əylənirdi. İtlər isə kənardan sadəcə müşahidə edirdilər. Səhəri gün yenidən qayıtdılar. Digər balanı, ondan sonrakı gün isə digər balanı didişdirərək əyləndilər. Ana və ata itə açıqca hörmətsizlik etdikləri görünürdü. Bir neçə gün sonra geri gəldikdə ana iti ardınca ata iti yeyərək sümüklərini ortalıqda buraxıb getdilər. Layka tərəfə heç baxmadılar, elə bil o gözə görünməz olmuşdu. Layka indi başa düşürdü ki, nəvaxtsa onun da qardaş və bacıları olub və bu çaqqallar onları da yeyiblər. Layka çaqqallardan qaçış olmamasının fərqinə varmışdı. Lakin iki ailəni yeyən bu çaqqalara niyə müqavimət göstərilmədiyini başa düşə bilmirdi. Əgər çaqqallar dünyadakı bütün itləri yeyirlərsə itlər yenidən necə var ola bilir?Fikirlər onu naməlum istiqamətlərə aparmışdı, fikirlərində dəqiqlik yox idi.O, fikirlərdən geri qayıdana kimi çaqqalların onu dairəyə aldığını gördü. Çaqqallar bu dəfə ona qarşı daha amansız görünürdülər. Bu dəfə onlardan qurtula biləcəyini heç cür düşünə bilməyən Layka təslim olmaq üçün hazırlaşarkən, qəfildənsəs eşidildi. Səs çox qorxuducu və lap ucadan elə bil qulaqlarının dibindən gəlirdi. Çaqqallar da bu səsi eşitmişdi və bu səsdən sonra dərhal yuvanı tərk etmək üçün bir-birinin üstünə çıxmağa başlamışdılar. Onlar yuvanı tərk edib meşənin içinə doğru qaçdılar. Bu səs Laykaya çox doğma gəlmişdi. Çünki bu bir it səsi idi. Layka həmin itin yuvaya daxil olacağını çox gözlədi amma gələn olmadı. Bəs bu nə idi? Əgər o it laykanı qorumaq üçün səslənmişdisə nəyə görə özü gəlib ona baş çəkmədi? Çaqqallar bir daha laykanın yuvasına tərəf gəlmədilər. Layka bunun nə olduğunu tapmalı idi, onu qoruyan bir mələk mi yoxsa çaqqalları sevməyən bir düşmən mi idi? Layka meşənin içi ilə hərəkətə başladı, bir çox heyvanlarla rastlaşıb söhbətləşdikdən sonra meşənin sonuna yaxın uzaqdan göl göründü, gölün ətrafında çoxlu yuvalar var idi. Hər tərəfdən itlərin səsi gəlirdi. Uzaqdan durub həmin yeri müşahidə edərkən Layka birdən diksindi, axşamın qaranlığı yaxınlaşırdı və o bir tülkü ilə üz üzə durmuşdu. İlk öncə tülkünü düşmən çaqqallardan birinə bənzətdi, dişlərini qıcadı və sağa-sola baxıb tülkünün tək olduğundan əmin olduqdan sonra onu bir neçə dəqiqə ərzində parça-parça etmək üçün beynində planlar qurdu. Birdən tülkü səsləndi, görürsən mi? Necə gözəl yaşayırlar? “Böyük İt”in cəsarəti və əzmi sayəsində bütün itlər bir araya toplaşıb şad-firavandırlar. Layka “Böyük İt”in kim olduğunu soruşduqda, tülkü uzaqdan gələn səsə işarə edib “Böyük İt”in qüdrətindən mədh etməyə başladı. Layka tülküyə dedi ki, mən hər şeyi çox gözəl başa düşdüm, “Böyük İt” digər itləri çaqqallardan qorumaq üçün çox gözəl işlər görüb, cəsarətli addımlar atıb. Tülkü yarıqaranlıqda, ay işığının şüaları altında Laykanın qoparılmış quyruğuna, qulağının bir tayının olmamasına və cırıq cırıq edilmiş dərisinə baxıb üzündə təbəssüm oyanaraq ona uzaqdakı qəfəsi göstərdi. Qəfəsdə çaqqallar sezilirdi. Layka çox sevindi, “Böyük İt”ə nə qədər minnətdar olacağını bilmirdi. “Böyük İt” bütün itləri bəladan qurtarmışdı.
Layka tülküdən soruşdu:
- “Böyük İt” bu qədər gücü hardan alıb?
Tülkü dedi:
-Güc böyük itə allah tərəfindən verilib.
Layka dedi:
- Allah kimdir? Onu necə görə bilərəm? Ondan mənə də güc verməsini necə xahiş edə bilərəm?
Tülkü laykaya məsləhət verdi ki, getsin yuvasına, bu gecə tam arxayın uzansın, çünki çaqqallar da onu narahat edə bilməyəcək. Allahı tam səmimi qəlblə çağırıb onunla söhbət etsin amma güclü olmaq istəyirsə allahdan birinci xahişi o olsun ki, onun quyrğunu, qulağının birini və üzərindəki yaraları aradan qaldırıb ona qüdrətli görünüş versin.
Laykanın gecə allahla uzun uzadı söhbəti olmuşdu, bütün başına gələnləri allaha nəql etmişdi, sonda allahdan onu böyük it kimi qüdrətli etməsini və quyruğu ilə qulağını geri qaytarmasını xahiş edib yuxuya getmişdi. Yuxudan həvəslə oyansa da quyruğu ilə qulağının hələ də olmaması onu çox məyus etmişdi.
Kor-peşman itlərin yaşadığı istiqamətə getdi. Heç olmasa “Böyük İt”lə tanışmaq şansı əldə etmək istəyirdi. Həmin yerə çatdıqda tülkünü gördü və tülkü ona narahat olmamasını səbrli olacağı təqdirdə Allahın və “Böyük İt”in köməkliyi ilə istədiyi gücə qüvvətə malik olacağını bildirdi. Tülkü laykanı böyük itin qəbuluna aparırdı amma nəzərə almadığı bir məqam var idi ki, həmin an orada “Böyük İt” çaqqallara təlim keçir və yuvadan qovulmuş ailələri meşə içində necə axtarıb tapıb didişdirəcəklərini öyrədirdi. Layka arxasına belə baxmadan meşənin dərinliklərinə doğru qaçmağa başladı, indiyə kimi qorxunun nə olduğunu bilməyən Layka artıq ətrafındakı hər canlıdan qorxmağa başlamışdı.

Oxunub: 573
Oxşar xəbərlər
SON XƏBƏRLƏR