dini radikalizm və ekstremizmlə mübarizə

Dekabrın 20-də Vətən müharibəsinin şəhidləri Cəsarət Səfərovun və Qardaşxan Əhmədlinin anım günlərində Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən ehsan süfrəsi açılaraq əziz xatirələri ehtiramla yad edilib.


Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, RİHB-nin müavinləri və şöbə müdirləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilərək torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı Əziz Əzizov mərasimdə çıxış edərək bildirib ki, Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid və qazi ailələrinə göstərdikləri diqqət və qayğının bariz nümunəsi olaraq, ölkəmizin hər yerində olduğu kimi, Suraxanı rayonunda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupuna aid insanlar lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov və başqaları çıxış edərək Azərbaycanın döyüş meydanında qazandığı Qələbədən, igidlərimizin qəhrəmanlıqlarından, ordumuzun gücündən, dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi qayğıdan danışıblar.

Şəhidlərimizin ailə üzvləri onlara göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.
Anım mərasimində məktəblilərin ifasında vətənpərvərlik şeirləri səsləndirilib.







Oxunub: 455
Oxşar xəbərlər
SON XƏBƏRLƏR