dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranlı Gəncin Şuşa ilinə həsr olunmuş konserti keçirilib


Djb.az xəbər verir. Həqiqət Rzayeva adına Lənkəran Şəhər 2 nömrəli uşaq musiqi məktəbində məktəbin şagirdi, LDU-nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin tələbəsi, 3dəfə Respublika mahnı müsabiqəsinin qalibi Allahverən Pərvizoğlunun Şuşa ilinə həsr olunmuş "Vətənim Azərbaycan" adlı konserti proqramı keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət idarəsinin Rəisi Şahin Şahbazov məktəb kollektivin və qonaqları salamlayaraq Allahverən Pərvizoğlunun qazandığı nailiyyətlərdən danışıb və uğurlar arzulayıb
Sonra çıxış edən H, Rzayeva adına Lənkəran Şəhər 2 nömrəli uşaq musiqi məktəbinin direktor vəzifəsin İcra edən Nahidə Qafarova, Pedaqojika üzrə fəlsəfə doktoru Tükazban Cahangirova, Qabaqcıl və Təqaüddə olan Piano müəlliməsi Mehriban Fəttayeva çıxış edərək Yaradıcı Gənc, 3dəfə Respublika mahnı müsabiqəsinin qalibi Gənc müğənni Allahverən Pərvizoğluna uğurlar arzulayıblar.
Konsertdə Allahverən Pərvizoğlunun ifasında:"Anam Azərbaycan", "Ana Yurdum", "Azərbaycan Oğluyam", "Ana Kürüm","Ata Həsrəti"
"Şuşanın dağları","Sənsən Görən Gözü Azərbaycanın","Axı Mən Neyləyərəm","Min Yaşasın" mahnıları səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.





Oxunub: 290
Oxşar xəbərlər
SON XƏBƏRLƏR