dini radikalizm və ekstremizmlə mübarizə

Xocavənd rayonunda “Möhtəşəm Zəfərin nişanəsi” kitabı təqdim olundu


Djb.az xəbər verir. Dekabrın 7-də Xocavənd rayon Mədəniyyət Evində Sevindik Nəsiboğlunun “Möhtəşəm Zəfərin nişanəsi” kitabının təqdimatı keçirildi. Tədbirdə Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, şəhid ailələri, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, rayon ictimaiyyəti iştirak etdilər.

Öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərin məzarı və onların əziz xatirəsinə yaradılımış abidə kompleksi ziyarət olundu. Daha sonra tədbir rayon mədəniyyət evində davam etdirildi.
Çıxış edənlər müəllifin gənc yaşda qazandığı uğurların təqdirə layiq olduğunu bildirdilər, onun vətənpərvərlik mövzulu əsərlər qələm almasının əhəmiyyətini vurğuladılar.

Tədbirin bədii hissəsində Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı Sevindik Nəsiboğlunun şeirlərindən ibarət kompozisiya nümayiş olundu.

Sonda gənc yazara Xocavənd rayon İcra Hakimiyyətinin və Kürdəmir Regional Mədəniyyət İdarəsinin fəxri fərmanları təqdim olundu.

Allahverən Pərvizoğlu



Oxunub: 337
Oxşar xəbərlər
SON XƏBƏRLƏR