dini radikalizm və ekstremizmlə mübarizə

Bir dünya


Bəzən istirahət vaxtlarımda yaxın dostlarla, tələbə yoldaşlarımla bir çay süfrəsi arxasında əyləşirəm. Söhbətləşirik, tələbəlik illərinin şirin xatirələrindən, indiki zəmanədən, ürəyə yatan, sətiraltı məna daşıyan zarafatlar edirik. Asudə vaxtlarda düşüncə yaxını olan insanların bir araya gəlməsi ,adamın lap ürəyincə olur. Mənim yazdıqlarım cızma- qaralardan da söz açırıq. Mənə dostyana bildirirlər ki, düzdür, yazdıqların hekayə, şer və publisist yazılarda maraq doğuran, düşündürücü, xüsusi məna daşıyan çoxlu həqiqətlər var, reallıqları əks etdirən sənət əsərləri yaradırsan.Qələminin gücünü də dana bilmərik. Amma bir məsələ var. Bəzən vaxtına və məkanına uyğun gəlməyən yazılarından da gözlərimizi qaçıra bilmirik. Razılaşıram. Səbəbini də səbrlə izah etməyə çalışıram. Razılaşanlar da olur, razılaşmayanlar da. Olsun. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Nümunə gətirirəm. Məsələn, dostlardan bir kimsənin ad günü olanda hamı səbəbkarı ürəkdən təbrik edir, onun ünvanına xoş sözlər yağdırırlar. Mən isə ad günündən bir gün qabaq, ya bir gün sonra təbrik mesajlarımı aidiyyatı ünvana göndərirəm. Təccüblənirlər. Nədən belə etdiyimi soruşurlar. Xoş sözlərimin dəyərinin itməməsini səbəb kimi göstərirəm. Bildirirəm ki, sayı bilinməyən təbriklərdə ürək sözlərim digərlərinə qarışaraq dəyərini itirir. İndi qələmə aldığığım bu yazıda dostların söylədiyi kimi, zaman fərqi 5- 10 gün deyil, bir mövsüm qədərdi, yəni 90 gün. Nağıl edəcəyim əhvalatda vaxt fərqini açıqlayanda bir çoxları təccübünü gizlədə bilmir. Deyirlər, nətər olur, yayda olan maraqlı hadisələri elə həmin vaxtda da qələmə almaq sənin üçün çətindirmi, yoxsa elə qış fəslin gözləmək lazımdır, axı bunun fəslə nə aidiyyatı var? İradlara cavab verərkən onun da özünə məxsus özəlliklərinin olduğunu izah etməyə çalışıram. Başa düşənlər də olur, başa düşməyənlər də. Bu, mənim xarekterimlə bağlı olan məsələdir. İstəsəm də belə, onu dəyişə bilmərəm. Dərindən düşünəndə də zaman mənim üçün o qədər önəmli məsələ olmadığı qənaıtinə gəlirəm. Əsas odur ki, düşündürücü, oxunaqlı, maraqlı yazılar yazasan. Amma fikrimdən daşınmağı da düşünmürəm. Yayın isti günlərində diqqətimi cəlb edən, maraq doğuran hadisələri yaddaşıma həkk edib, qışda isə qələmə alıram. Bu haqda indi daha geniş danışacağam.
Söhbət yay mövsümündən gedir. Bir neçə dəfə üzləşdiyim, müşahidə etdiyim mənzərədən qəlbimə hopan hissləri sözə çevirib ağ vərəqə köçürməyə çalışıram. Heç də beynimi zorən nəyəsə məcbur etməyin də tərəfdarı deyiləm.
Adətən, yayın isti günlərində insanlar qızmar istilərdən qorunmağa çalışırlar. Sərinləmək üçün ya həyətə düşür, ya da parklarda gəzintiyə üstünlük verirlər. Hamı kimi mən də yaşadığım binadan uzaqlaşaraq "Bakı" kinoteatra tərəf gedən yolda paytaxt sakinlərinin istirahəti üçün nəzərdə tutulmuş oturacaqda əyləşib istinin əzablarından canımı qurtarmağa çalışıram. Əyləşdiyim yerlə üzbəüz haradasa , 20- 30 metr məsafədə isə doqquz mərtəbəli bir yaşayış binası var. Bir neçə dəfədir ki, əyləşdiyim yerdən sözügedın binanın 9- cu mərtəbəsində əli əsalı, qoca, hicablı bir qadının sərinləmək üçün balkonda əyləşib dərin düşüncələrə qərq olduğunu görürəm. Təsirlənirəm. Diqqət çəkən məqam isə odur ki, əl- ayağı yer tutanlar istidən qurtulmaq üçün həyət düşür, dənizkənarı parka üz tuturlar. Yaşlı qadın isə yeriyə bilmir, çətinlik çəkdiyinə görə balkonda əyləşib öz dünyasına qapılır. Təsirləndirici mənzərədir. Düşünün ki, sahəsi bir neçə kvadrat metr olan balkon o qadın üçün əvəzi olmayan bir dünyadır, isti havada rahatllğını yalnız orada tapır. Yəni ,onun da öz dünyası vardır. Nə haqda düşündüyünə gəldikdə isə, özü və allahından başqa heç kim bilə bilməz. Bir kimsənin indi və gələcəkdə o həyatı yaşamasına zəmanət verəcəyinə ağlıma sığışdırmaqda çətinlik çəkirəm. Ona görə də mətnin məzmununa uyğun başlığı " Bir dünya" yazdım.

Elxan Çıraxlı

Oxunub: 535
Oxşar xəbərlər
SON XƏBƏRLƏR