Azadlıq gəzir qan izin...
Zalımların caynağında,
Can çəkişirsən Təbrizim.
Məşəqqətdən usanmısan,
Azadlıq gəzir qan izin.
Əsrlərin dil sazağı,
Ana laylasında əsir.
Perik düşən oğlun-qızın,
Quzeyində nicat gəzir.
Daha bəsdir duz səpdilər,
Hicran dadan yaramıza.
Rusu,Farsı min fitnəylə,
Sədd çəkdilər aramıza.
Təbriz,Zəncan ərənlərin
Dara çəkib, asdırdılar.
Azad ruhlu Əminini,
Qeyrətsizlər susdurdular.
Azadlığın qollarında,
Açar gəzir qandalımız.
Yerişindən ölüm qorxan,
Turandı xilaskarımız.
Dəmir yumruqla birləşib,
Qır əsarət buxovunu.
Bütövləşsin amalımız,
Yeniltsin ölüm xofunu.
Taleyimin rəngi...
Rəssam,elə rəng seç solmasın izi,
Əzəldən gülməyib bəxtimin üzü,
Açılmır yağmurdan sevdamın gözü,
Nəmli gülüşlərim bəm ahəngdədi,
Bildinmi,taleyim hansı rəngdədi?...
Yazan qismətimi əzabdan yazıb,
Vədəsi fələyin əlində azıb,
Ruhumu bir ahın dilindən asıb,
Nəfəsim elə bil dar səhəngdədi,
Bildinmi, taleyim hansı rəngdədi?...
Toxunur əlimə şehi üşüdür,
Saçımı darayan mehi üşüdür,
Yalın arzuları ahı üşüdür,
Sazaqdan dil açan qəm ürəkdədi,
Bildinmi, taleyim hansı rəngdədi?...
Sinib xatirəmin buz baxışına,
Xəzan ilmə salıb yaz naxışına,
Əyni islanıbdı söz yağışına,
Bir ömür nəğməsi bu çələngdədi.
Bildinmi,taleyim hansı rəngdədi?...
Şamaxının Qurdtəpə kəndində
dünyaya göz açan Şəhid
Orxan Nəbiyevə ithaf edirəm.
Qeyrət köynəyini geyib əyninə,
Vətənçün savaşa atıldı Orxan.
Azğın köpəkləri məhv etmək üçün,
Hünərlə silaha sarıldı Orxan.
Qartal tək uçurdu Vətən eşqiylə,
Bayrağı zirvəyə yetirmək üçün.
Səngərdə ölümlə durub üz-üzə,
Öc alıb yağını bitirmək üçün.
Azad etmək üçün Suqovuşanı,
Neçə əməliyyat keçirdi Orxan.
Aldadıb tələyə saldığı zaman,
Yağını alaq tək biçirdi Orxan.
Hamı çağırardı "Qorxmaz letenant"
Qürurla döyüşdü öz təni üçün.
Sevərək canını o,qurban verdi,
Özü vətən oldu vətəni üçün.
Azad edən zaman Teleqülləni,
Ucaldı əbədi ölməz məqama.
Şəhid arzuları qaldı yarımçıq,
Sönməz sevdasına yetişdi amma.
Şamaxı elinin qəhrəman oğlu,
Ana laylasında dönmüşdü aha.
Şəhadət şərbəti içən Orxanın,
Məzarı çevrildi ziyarətgaha.
Şamaxının Qurdtəpə kəndində
dünyaya göz açan Şəhid
Orxan Nəbiyevə ithaf edirəm.
Qeyrət köynəyini geyib əyninə,
Vətənçün savaşa atıldı Orxan.
Azğın köpəkləri məhv etmək üçün,
Hünərlə silaha sarıldı Orxan.
Qartal tək uçurdu Vətən eşqiylə,
Bayrağı zirvəyə yetirmək üçün.
Səngərdə ölümlə durub üz-üzə,
Öc alıb yağını bitirmək üçün.
Azad etmək üçün Suqovuşanı,
Neçə əməliyyat keçirdi Orxan.
Aldadıb tələyə saldığı zaman,
Yağını alaq tək biçirdi Orxan.
Hamı çağırardı "Qorxmaz letenant"
Qürurla döyüşdü öz təni üçün.
Sevərək canını o,qurban verdi,
Özü vətən oldu vətəni üçün.
Azad edən zaman Teleqülləni,
Ucaldı əbədi ölməz məqama.
Şəhid arzuları qaldı yarımçıq,
Sönməz sevdasına yetişdi amma.
Şamaxı elinin qəhrəman oğlu,
Ana laylasında dönmüşdü aha.
Şəhadət şərbəti içən Orxanın,
Məzarı çevrildi ziyarətgaha.
Azadlıģa çıxan məhbus
«Qarabağım»
Zümrüdqaşlı bulaqların
zümzüməsinə,
Xarıbülbülün aşiqi,
bülbüllərin eşq nəğməsinə,
Cıdır düzündə, qonur libaslı
köhlənlərin kişnəməsinə
həsrət qaldığımız Qarabağım...
Məhbusu olduğun zülmətin
çəkilməsini,
yağmalanmış arzuların,
qırılmış ümidlərimizdən
yandırdığımız ocaqların
hənirinə qısılıb,
dan yerinin sökülməsini
səbrsizliklə gözləyirik.
Arabir mirvari yağmur damcıları
gah içimizi göynədən yaralarımızı,
gah da günəş şəfəqlərini gözləyən
utancaq bənövşələrin
ləçəklərinə qonan şeh kimi,
çatlamış dodaqlarımı isladır.
Vətənin sinəsinə tuşlanan
güllə səslərindən yağan damcılar
özüylə həm kədəri, həm sevinci ovlayır.
Torpağın hər qarışında
şəhid olur igidlərin gözlərindəki
vətən sevdalı həsrətli gülüşlər.
Azad etdiyi torpaqlarda
otuz ilin yurd həsrətilə
titrəyən ürəklərdə gerçəkləşir
doğma ocaqlarıyla görüşlər.
Kimisi illərlə həsrətində olduğu
ata ocağında boynubükülü qalan
ağaclara,güllərə sığal çəkib
körpə uşaq kimi əzizləyir,
kimisi dizin-dizin doğmalarının,
ruhları qarşısında baş əyir,
illərdi tərk etdikləri ata-babalarının
məzarları önündə sürünür.
Kimisi şəhidlərin daģlara,
daşlara çökən naləsini,
vətən harayını nəfəsində duyur,
Kimisi qələbə sevincindən
kipriklərində intihar edən
göz yaşlarında boģulur.
Oğullarımız günahsız
qız-gəlinlərimizin,
doğulmamış körpələrin inləyən,
eşidilməyən fəryadını
qaytarır düşmənə, zəfər qoxulu
güllə yağışlarında .
İgidim bilmir ki, zəfərinə sevinsin...
Ya, əyninə geyindiyi
acı xatirələrin arxasınca sürünsün...
Ya Rəbbim, çox şükür deyərək,
öpüb gözləri üstünə qoyduğu
vətən torpağında tapır təskinliyini.
Tarixə qanla yazılan
bu vəhşətlər içərisində anlayır,
Tanrının bizə bəxş etdiyi,
heç nə ilə əvəz olunmayan,
«Vətən» sevgisinin
dəryalar tək dərinliyini.
Şükranlıqla körpə uşaq
anasının qoxusuna sığındığı kimi,
dağın-dərənin gül-çiçək qoxuyan,
vətən ətirli havasını
içinə çəkərək deyir:
Mənim Məkkəm, Mədinəm,
İslamiyyət günəşi doğan
qibləmsən Vətənim!
Oxunub: 447