dini radikalizm və ekstremizmlə mübarizə

Kürdəmirdə kanallar lildən təmizlənir - FOTOLAR



Kürdəmirdə suvarma kanalları lildən təmizlənir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov Atatv.az a bildirib ki, Kürdəmir Suvarma Sistemləri İdarəsi Kürdəmir rayonunda 69500 hektardan artıq torpaq sahəsinə xidmət edir. Xidməti ərazidə rayonun 58 kənd və 3 qəsəbəsi mövcuddur. Bundan 38000 ha öz axımı ilə, 31500 ha mexaniki üsulla suvarılır. Kürdəmirdə suvarma mənbələri Yuxarı Şirvan Kanalı və Kür çayıdır. İdarə tərəfindən suvarma mövsümü ərzində zərurət yarandığı halda Girdimançayda olan Karrar nasos stansıyasının gücündən də istifadə olunur. Digər halda həmin sahələrin də öz axımı ilə suvarılması mümkündür. Son illər Kürdəmir Suvarma Sistemləri İdarəsi tərəfindən torpaq məcralı kanalların beton üzlüyə alınması istiqamətində də bir çox işlər görülüb. Hazırda balansda olan beton örtüklü 537 km-dən artıq suvarma kanalı vasitəsi ilə payızlıq olaraq əkilən bitkilər suvarılır.

İdarə tərəfindən 2022-ci ildə suvarma mövsümünün mütəşəkil keçirilməsi üçün suvarma kanalarının mexanizimlərlə lildən təmizlənməsi qrafiki tərtib olunub, kanallar üzərində yerləşən hedrotexniki qurğuların cari təmiri üzrə təqvim planı hazırlanıb və hazırda icra olunur. Bu ilin əvvəlindən indiyə kimi 500 km uzunluğunda suvarma kanalları lildən təmizlənərək su istifadəçilərinin isdifadəsinə verilib.

Qeyd edək ki, 2022-ci ildə Kürdəmir rayonunda 44075 ha taxıl, 2330 ha pambıq, 8902 ha yem bitkiləri, 4677 ha bostan-tərəvəz, 2620 ha bağ və üzümlük

6922 hektar isə həyətyanı sahələr suvarılıb.


Oxunub: 210
Oxşar xəbərlər
SON XƏBƏRLƏR