dini radikalizm və ekstremizmlə mübarizə

Rövşən Rzayev Tilmann Nagellə görüşdü



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) Avropa üzrə rəhbəri Tilmann Nagellə görüşüb.

Görüşdə GİZ-in ölkə üzrə direktoru Karin Hörhan da iştirak edib.

Qonağa ölkəmizin üzləşdiyi qaçqın və məcburi köçkünlük problemi, onun həlli istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilib.
Qeyd edilib ki, məcburi köçkünlərin problemlərinin həlli Prezident İlham Əliyevin sosial siyasətinin prioritetlərindən olub və dövlətimizin başçısı Böyük Qayıdışın uğurla icra edilməsi üçün zəruri tədbirlər həyata keçirir. Qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğı göstərilməsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində aparıcı xətdir.
Qonağa Prezident İlham Əliyevin tapşırığı əsasında işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə geri qayıdışının təmin edilməsi üçün həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı həmin ərazilərin tezliklə dirçəldilməsinə və dayanıqlı məskunlaşdırılmasına şərait yaradacaq.

Diqqətə çatdırılıb ki, geri qayıdacaq əhalinin məşğulluğunun təmin edilməsi də qarşıda duran mühüm vəzifələrdən biridir. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin sifarişi, həmçinin Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqazda məcburi köçkünlərin və aztəminatlı yerli əhalinin sosial və iqtisadı inkişafı” layihəsinin bu baxımdan əhəmiyyətli olduğu vurğulanıb, məcburi köçkünlərə dəstək məqsədi ilə icra edilən layihəyə görə təşəkkür bildirilib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ GmbH) Avropa üzrə rəhbəri Tilmann Nagel qəbula görə təşəkkür bildirilib.

Görüşdə 2023-2025-ci illər ərzində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və gələcək perspektivlər haqqında fikir mübadiləsi aparılıb.

Oxunub: 230
Oxşar xəbərlər
SON XƏBƏRLƏR