dini radikalizm və ekstremizmlə mübarizə

"İlham Əliyev və Putinə qara kürü hədiyyə etdim" - Lukaşenko

"İlham Əliyev və Putinə qara kürü hədiyyə etdim" - Lukaşenko


Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putin və Azərbaycan lideri İlham Əliyevə qara kürü verməsindən danışıb.

Bu barədə məlumatı hakim dairəyə yaxın "Telegram" kanalı yayıb.

"Bir müddət əvvəl Minsk yaxınlığında hovuzlarda nərə balığı yetişdirir və ondan qara kürü alındığını gördüm. Onlardan alırdım, kiməsə bir banka suvenir kimi hədiyyə edirdim. Və hamı təəccüblənirdi. Mən xüsusi olaraq İlham Əliyevə və Putinə bundan hədiyyə etdim", - Lukaşenko respublikanın milli biotexnologiya korporasiyasına səfəri zamanı deyib.

Belarus rəhbərinin sözlərinə görə, Kremldə belə kürü yoxdur və o, Putinə bunu sınamağı təklif edib. Lukaşenkonun sözlərinə görə, Rusiya prezidenti Belarusun belə məhsul istehsal edə biləcəyinə təəccüblənib.

Oxunub: 319
Oxşar xəbərlər
SON XƏBƏRLƏR