dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda "Zəfər Səlnaməsi" adlı tədbir keçirilib.



Djb.az xəbər verir. Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə şəhərin Mədəniyyət Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Zəfər salnaməsi" adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov "Zəfər salnaməsi" haqqında danışaraq Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinə qızıl hərflərlə yazılan Zəfər Günü haqqında öz sevincini bölüşüb. İdarə rəisi bildirib ki, 2020-ci ilin Noyabrın 8-də 30 ilə yaxın doğma torpaq, vətən həsrətindən sonra qədim tarixə və yüksək bəşəri dəyərlərə malik Azərbaycan xalqı üçün müstəsna əhəmiyyət kəsb edən və “Qeyrət qalası” kimi rəmzi adı özündə daşıyan doğma, əziz Şuşa şəhərimiz mübariz sərkərdə, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyevin rəhbərliyi sayəsində, şəhidlərimizin, qazilərimizin müqəddəs qanı və canı bahasına mənfur erməni işğalçılarından azad edilib. Tarixi abidələrimizə bir sözlə mədəniyyət ocağlarımıza yeni nəfəs verildi. Didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtdılar.

Çıxış edən Lənkəran - Astara Regional Təhsil İdarəsinin rəisi Elxan Nəcəfov qeyd edib ki, İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, xarici dillərdə sərbəst nitq mədəniyyətinə malik olması faktorları istənilən məqamda, xüsusilə Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırdı.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsi rəisi Teymur Babazadə İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində döyüş meydanındakı qəhrəmanlığından geniş bəhs edib.
Rəsmi hissədən sonra tədbir Lənkəran şəhər Mədəniyyət işçilərinin ifasında “Zəfər salnaməsi”nə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam edib.

Tədbir çərçivəsində iştirakçılar Mədəniyyət Mərkəzində təşkil edilən müxtəlif əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi ilə yaxından tanış olublar.

Allahverən Pərvizoğlu





Oxunub: 328
Oxşar xəbərlər
SON XƏBƏRLƏR