dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda "Kommunikasiya meneceri” layihəsi çərçivəsində görüş keçirilib


Djb.az xəbər verir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən strateji kommunikasiya siyasətinin effektiv şəkildə həyata keçirilməsi məqsədilə təqdim olunan “Kommunikasiya meneceri” layihəsi çərçivəsində Lənkəran Regional Mədəniyyət İdarəsi üzrə görüş keçirilib.

Lənkəran şəhər Mədəniyyət Mərkəzində təşkil onunan görüşdə idarənin rəisi Şahin Şahbazov, kommunikasiya meneceri Əli Abasov, yaradılmış işçi qrupunun üzvləri və tabe müəssisələrdə sosial media üzrə əlaqələndirici şəxslər iştirak ediblər.

Lənkəran Regional Mədəniyyət İdrəsinin rəisi Ş.Şahbazov giriş nitqi ilə çıxış edərək kommunikasiya meneceri Əli Abasov və yaradılmış işçi qrupuna uğurlar arzulayıb, layihənin fəaliyyətinə dair tövsiyələrini verib.

Sonra kommunikasiya meneceri Əli Abasov layihənin mahiyyəti barədə ətraflı məlumat verib, eyni zamanda layihənin ölkə ictimaiyyətinin, ənənəvi mətbu imkanlarla yanaşı, müasir üsul və vasitələrlə, operativ formada məlumatlandırılmasına,  media subyektləri və ictimaiyyətlə əlaqələrin səmərəli şəkildə qurulmasına xidmət etdiyindən söhbət açıb.

Allahverən Pərvizoğlu

Oxunub: 228
Oxşar xəbərlər
SON XƏBƏRLƏR