dini radikalizm və ekstremizmlə mübarizə

Yazıçı Səyavuş Süleymanlı yazır :TALEH QARAŞOV VƏ LƏNKƏRAN



Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovu mən həmişə özümə dost və qardaş bilmişəm. Çoxları da bu dostluğumuzu qısqanır.

Amma bu dostluğun uzun bir tarixi vardır və sınaqlardan yaxşı çıxıb.

aleh müəllim Prezidentimizin Sərəncamı ilə rayonun başçısı təyin olunduğu gündən Lənkəranın dinamik inkişafında bir sıçrayış oldu. İlk gündən rayonumuzun kəndlərində və onun peyk şəhəri olan Liman şəhərində səyyar görüşləri zamanı sakinlərin dərd-sərini dinləyən rayon başçısı çox böyük işgüzarlıqla məsələlərin yerindəcə həll olunmasına çalışırdı. Az bir vaxt ərzində Lənkəran şəhərinin struktur inkişafında köklü dəyişikliklər baş verdi.

31 iyul 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İLham Əliyev Lənkərana səfərindəki çıxışında demişdi:"Çox şadam ki, Lənkəranda işlər yaxşı gedir. Rayon inkişaf edir, şəhər gözəlləşir, abadlaşır, gözəl binalar ucaldılır... Ona görə mən əminəm ki, Lənkəranda hələ görüşlərimiz, açılışlar, tədbirlər çox olacaqdır..."

Hələ o zaman İcra başçısı Taleh Qaraşov Prezidentin görülmüş işlərə dəyər verməsi haqqında fikrini belə ifadə etmişdi: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin şəhərimizə növbəti səfəri zamanı Lənkəranın xoş soraqlı sabahı ilə bağlı söylədiyi fikirlər bir daha sübut etdi ki, Azərbaycanın hər yeri kimi Lənkəranın dinamik inkişafı bundan sonra da davam edəcək, şəhərimiz daha da gözəlləşəcəkdir."

Taleh Qaraşov hələ fəaliyyətinin iki ildən artıq bir dövründə rayonun ərazisində olan əksər kənd və qəsəbələri qarış-qarış gəzmiş və bu səyyari görüşlər ona rayonun dinamik inkişafında yeni-yeni uğurların qazanılması üçün şəraiti öyrənməyə köməklik göstərmiş, rayonun iqtisadiyyatının daha da inkişaf etdirilməsi naminə ölkəmizin Prezidenti İlham Əliyevin ideyalarının rayonda bərqərar olunmasına, çox əhəmiyyətli sosial yönümlü infrastruktur layihələrin icrasına başlamasına, əhalinin sosial həyatında yaxşılığa doğru yönələn dəyişmələrin aparılmasına zəmin yaratmışdır.

Mən İcra başçımızın səyyar görüşlərini həmişə müntəzəm olaraq mətbuatfan izləmişəm. Bu görüşlərin bəzilərini xronoloji ardıcıllıqla kitabıma daxil etmişəm. Ancaq bu görüşlərin sayı çoxdur və bunların hamısı haqqınfa danışmaq qeyri-mümkündür.

Lənkəranda cənab Prezident İlham Əliyevin tapşırıqları ilə görülmüş işlər o qədər çoxdur ki, ağa qara deməyə adət edənlər də mənə elə gəlir ki, nəhayət, insafa gəlib yaxşı işə "yaxşı" deyəcəklər.Ümumiyyətlə, insanlar yaxşıya yaxşı deməyi bacarmalıdırlar.

Heydər Əliyev Xatirə parkına tamaşa edin. Ötən dəfəkilərdən fərqli olaraq meydanın yeni təmirində daş plitələri çox yerdə yaşıllıq,, ağac, ot örtüyü əvəzləyib.

Yeni su-kanalizasiya sisteminin quraşdırılması işlərinin başa çatdırılması məhz Taleh müəllimin fəaliyyəti ilə bağlıdır.

Dəyəri 210 milyon manat oıan bu layihə indiyə qədər rayonon sosial-iqtisadi inkişafına qoyulmuş bütün investisiyaıarın cəmindən dəfələrlə çoxdur.

Layihədə nəzərdə tutulan işlər nətocəsində su-kanalizasiya sistemi şəhərin və rayonun 40 illik ehtiyacını ödəməklə, bu sahədəki nəhəng sosial problemi bir dəfəlik həll etmişdir. Ən əsası odur ki, hazırda Lənkəran əhalisi məişətdə dünya startlarına uyğun səviyyədə təmiz sudan istifadə edir. Arzum odur ki, bir gün Liman şəhərində də biz o təmiz, şəffaf sufan içək. Limanlıların bu şəffaf suya böyük ehtiyacı vardır.

Mən inanıram ki o gün gələcək.

Regionların sosial-iqtisadi inkişafı haqqında ikinci Dövlət Proqramı respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da uğurla həyata keçirilmişdir. Rayonda məhz Taleh müəllimin işlədiyi illərdə tayonda qazlaşdırma işləri demək olar ki, başa çatdırılmışdır.

Aqrar sahəyə maraq artmış, çsyçılığa və çay istehsalına diqqət artırılmışdır.

Hirkan, İstisu qəsəbələri və Girdəni kənd ərazisində 150 hektar yeni çay plantasiyası salınmışdır.

Son 10 il ərzində Lənkəranda çox işlər görülüb, neçə-neçə təhsil ocaqları, şəhid və qazi ailələri üçün yaşayış binaları, yaraşıqlı marketlər tikilib. İndi Lənkəran gündən-günə gözəlləşir. Hər yerdə abadlıq işləri gedir, səliqə-sahman göz oxşayır. Bütün bu işlərin görülməsində İcra başçısı Taleh Qaraşovun müstəsna xidmətləri vardır.

İcra başçısı Taleh Qaraşov 44 günlük müharibədən bu günədək şəhid olmuş övladlarımızın istər dəfnində və istərsə də onların anım günlərində həmişə valideynlərin yanında olmuş, öz diqqət və qayğısını onlardan əsirgəməmişdir. Bir şəhid ailəsi ondan narazı qala bilməz.(Bunları əks etdirən foto şəkilləri də statusuma əlavə edirəm).

Əlbəttə, görülmüş gözəl işləri qiymətləndirməyən də vardır. Bu adamlar ağı qarafan seçməyənlərdir. Məsələn, Taleh müəllim Liman şəhərində bir sıra əhəmiyyətli əsas və daha sonra kiçik küçələri asfaltlaşdırmışdır. İmkan düşdükcə, nəzərində tutmuş digər küçələri də asfaltlaşdıracaqdır.

Mən adamları başa salıram ki, bu vaxta qədər neçə raykom katibi, neçə İcra başçısı rayona rəhbərlik edib, onlardan heç biri Liman şəhəri üçün yadda qalan bir iş görməyiblər, şəhərə və onun adamlarına yad olublar, amma Taleh müəllim bu qədər küçələri asfaltlaşdırıb. Axı bu, böyük işdir!

Ancaq bu sıçrayışları, bu dinamikliyi görməyənlər də var.

Gərək ədalətli olasan ki, Lənkərandakı inkişafı, sıçrayışı görəsən!

Gərək gözlərin kor ola ki, rayonun nailiyyətlərini görə bilməyəsən!

Gərək dilin lal ola ki, bu qədər yüksəlişi görüb bu gözəlliklərdən bilərəkdən danışmayasan!

Gərək qulaqların kar ola ki, Lənkəran haqqında söylənilən xoş sözləri eşitməyəsən!

İndi anarxiya, mənəm-mənəmlik dövrü deyil. Bu xülya ilə yaşayanları təmiz düşüncəli insanlar. Çoxdan ram edilməsi mümkün olmayan sərt küləklərin ixtiyarına veriblər. İndi respublikamızın qədirbilən insanları möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında birləşərək, ona bütün işlərində dəstək olmaq üçün çalışır, hər yerdə onun onun ideyalarına sadiq olduqlarını bildirirlər. Lənkəranlılar hər açılan nurlu səhəri xoş niyyətlə qarşılayırlar.

Hamı tərəfindən sevilmək çətin məsələdir. Ola bilsin ki, mənim bu yazıma dodaq büzənlər olsun. Hətta söyənlər də ola bilər. Hər şey ola bilər. Amma gəlin ədalətli olaq.

Bir nümunə gətirmək istəyirəm: 50 ildən artıq idi ki, Liman şəhəri baxımsız vəziyyətdə idi. Liman şəhər adını alsa da, küçələrindən keçmək olmurdu. Dünyasını dəyişən insanların cənazələrini qəbiristanlığa aparmaq çox çətin idi.

50 il idi ki, yenib gələn raykom və sonralar İcra başçılarə bu çatışmazlıqları görür və heç bir iş görmürdülər...Taleh müəllim vəzifəyə gələn gündən bizim qayğılarımızla maraqlandı və işini ilk növbədə şəhərin küçələrindən başladı. Şəhərimizin çox küçələri isti asfaltla örtülmüşdür.(Mən facebook səhifəmdə küçələrin foto şəkillərini vermişəm, ancaq bu keçələrdən də böyük küçələrin şəkillərinib də vermişəm).

Bu gözəl və savab işinə görə mən həmişə hörmətli dostuma öz
təşəkkür məktubumu yazmışam.

Görülən işlərə kim real qiymətini vermirsə, onun qanı yoxdur.

Taleh Qaraşovun işlədiyi 3 il ərzində gördüyü işləri 2015-ci ildə "Dünya xatirəylə girib yuxuma..." adlı publisistik kitabımda çox geniş yazmış, foto şəkillərlə reallaşdırmışam. Maraqlananlar baxıb görərlər ki, orada yazılanlar da, foto şəkillər də Taleh Qaraşovun Lənkəran və lənkəranlılar üçün gördüyü işlərdən bəhs edir. Bütün bunlar bizə qalacaq.

Sağ ol, Taleh müəllim!

SƏYAVUŞ SÜLEYMANLI
Yazıçı-publisist, AYB və AJB-nin
üzvü, "Qızıl Qələm", "Dəmir yumruq",
"İlin ən yaxşı yazarı" media mükafatları laureatı, Prezident təüaüdçüsü, AYB-ninXIII qurultayının nümayəndəsi



Oxunub: 350
Oxşar xəbərlər
SON XƏBƏRLƏR