dini radikalizm və ekstremizmlə mübarizə

Rüşvətə görə işdən çıxarılan direktor bu vəzifədə çalışır

Rüşvətə görə işdən çıxarılan direktor bu vəzifədə çalışır


Müəllimlərdən rüşvət tələb etdiyi üçün vəzifəsindən azad edilən Sumqayıt şəhər 32 saylı orta məktəbin sabiq direktoru başqa vəzifədə çalışır.

Djb.az “Trend”ə istinadən xəbər verir ki, eks-direktor Esmira İbrahimova Sumqayıt şəhər üzrə təhsil şöbəsində metodist vəzifəsində işləyir.

Abşeron-Xızı Regional Təhsil İdarəsindən (AXRTİ) bildirilib ki, Esmira İbrahimova 08.05.2012-ci ildən Sumqayıt şəhər Təhsil Şöbəsində metodist vəzifəsində çalışır. Məktəb direktorluğu fəaliyyətində və işində yol verdiyi nöqsanlara və xətalara görə tutduğu vəzifədən azad edilib. Hazırda AXRTİ-də metodist vəzifəsində çalışmaqdadır.

Oxunub: 269
Oxşar xəbərlər
SON XƏBƏRLƏR