dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda YAP-ın  yaranmasının 30illik yubleyinə həsr olunmuş mini futbol turniri keçirilib.


Djb.az xəbər verir. 15 oktyabr 2022-ci il tarixdə Lənkəran Olimpiya kompleksində Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubileyi münasibətilə YAP Lənkəran rayon təşkilatı İ qrupu üzrə Mini-futbol turnirinə start verilmişdir.

Lənkəran şəhərində YAP Lənkəran Rayon Təşkilatınıın təşkilatçılığı ilə mini-futbolun İ qrupu üzrə  yarış keçirilir. Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibəti ilə YAP Lənkəran Rayon Təşkilatında silsilə tədbirlər keçirilir. Həmin silsilə tədbirlərindən  biri də, mini-futbol üzrə zona yarışının keçirilməsidir. Lənkəran şəhərində keçirilən mini-futbol turnirində 6 rayon təşkilatı iştirak edirdi. Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad rayon təşkilatlarını təmsil edən komandalar arasında keçirilir.
Yarışın açılışında YAP Lənkəran Rayon Təşkilatının Sədri İqbal Əmənullayev çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğurunda apardığı yorulmaz fəaliyyətindən, Ulu öndərin layiqli davamçısı, ölkə Prezidenti Cənab İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətdən ətraflı söz açdı və turnirdə iştirak edəcək komandalara uğurlar dilədi.
Sonar çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının müavini Mikayıl Cəfərzadə30 illik yubiley münasibəti ilə və möhtəşəm turnirdə iştirak edəcək komandalara uğurlar dilədi.
Turnir davam edir ...

Allahverən Pərvizoğlu

Oxunub: 447
Oxşar xəbərlər
SON XƏBƏRLƏR