dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda Şəhid baş leytenant Elmar İbayevin xatirəsi anılıb.


Djb.az xəbər verir. Oktyabrın 11-də Vətən müharibəsi şəhidi Lənkəran şəhər sakini baş leytenant İbayev Elmar Hikmət oğlu anım günündə əbədiyyətə qovuşduğu qəbiristanlıqda ziyarət olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının məsul şəxsləri, şəhid ailələrinin üzvlərinin və yerli ictimaiyyətin nümayəndələrinin də qatıldığı ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri hörmət və ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidimizin ailə üzvləri ilə söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb.

Qeyd edək ki, Ali Baş Komandanın sərəncamları ilə baş leytenant E.İbayev ölümündən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif olunub.

Allahverən Pərvizoğlu

Oxunub: 310
Oxşar xəbərlər
SON XƏBƏRLƏR