dini radikalizm və ekstremizmlə mübarizə

G7-nin növbədənkənar iclası baş tutdu

G7-nin növbədənkənar iclası baş tutdu


Ukraynadakı obyektlərə kütləvi zərbələrin endirilməsinin nəticələrini müzakirə etmək üçün G7 ölkələrinin liderlərinin videobağlantı formatında fövqəladə iclası başlayıb.

Videokonfransda G7 nümayəndələri ilk növbədə Ukraynada son eskalasiyanın nəticələri məsələsinə baxacaqlar.

İclas iştirakçıları həmçinin enerji sektoru və enerji qiymətləri ilə bağlı məsələləri müzakirə edəcəklər.

Bildirilir ki, iclasa Ukrayna Prezidenti Vladimir Zelenski də qatılacaq.

***

G7 ölkələrinin başçıları görüş zamanı Ukraynaya lazım olan müddətdə dəstəyi davam etdirəcəklərinə söz veriblər.

Bu barədə "Blumberq" məlumat yayıb.

"Biz maliyyə, humanitar, hərbi, diplomatik və hüquqi dəstək verməyə davam edəcəyik və lazım olduğu müddətdə Ukraynanın yanında möhkəm dayanacağıq", - ABŞ, Almaniya, Yaponiya, Fransa, İtaliya, Kanada və Böyük Britaniya liderləri bəyan ediblər.

Onlar həmçinin Rusiyaya əlavə iqtisadi məhdudiyyətlərin tətbiq ediləcəyini vəd edib və Ukraynanın hərbi və müdafiə texnikasına olan təcili ehtiyaclarını ödəmək üçün səyləri əlaqələndirəcəklərini bildiriblər.

Oxunub: 227
Oxşar xəbərlər
SON XƏBƏRLƏR