dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə Şair Publisist Sevindik Nesiboğlu ilə görüşüb.


Djb.az xəbər verir ki, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə Xırdalan şəhər 9 saylı Misir-Ərəb təmayüllü  tam orta məktəbin 9-cu sinif şagirdi, 5 kitab müəllifi, AJB-nin üzvü, gənc şair-publisist Sevindik Nesiboğlu ilə görüşüb. Görüş zamanı Kəmalə Ağazadə gənc şairin fəaliyyəti və uğurlarından yaxından maraqlanıb. Sonra gənc şair-publisist Sevindik Nəsiboğlunu "Təhsil və Yaradıcılıq uğurlarına görə" Sertifikat ilə təltif edib. 5 kitab müəllifi Sevindik Nəsiboğlu Şəhidlərimizə həsr etdiyi "Möhtəşəm Zəfərin Nişanəsi" adlı kitabını Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadəyə hədiyyə edib. Sonda Kəmalə Ağazadə Gənc Şair Publisist Sevindik Nəsiboğluna uğurlar və yeni-yeni nailiyyətlər arzulayıb.


Oxunub: 448
Oxşar xəbərlər
SON XƏBƏRLƏR