Djb.az xəbər verir Ermənistan ordusunun Azərbaycan-Ermənistan dövlət sərhəddində senytabrın 12 gecə və 13-ü səhər saatlarında törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən yaralanan hərbiçimiz Lənkəran şəhər sakini Həsənov Elnur Elçin oğlu Lənkəran ŞİH-nin başçısının müavini Vüqar Məmmədov
tərəfindən sentyabrın 30-da Bakı şəhərində müalicə aldığı hərbi hospitalda ziyarət olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun göstərişi əsasında ziyarət olunan lənkəranlı hərbiçinin sağlıq vəziyyəti barədə məlumat alınıb, hərbiçimizin qayğı və problemləri ilə maraqlanılıb, icra hakimiyyəti olaraq lazımı köməkliklər göstərilib, tezliklə sağalaraq xidmət yerinə qayıtması arzu olunub.
Allahverən Pərvizoğlu
Djb.az xəbər portalının Lənkəran bölgə müxbiri
Oxunub: 369