dini radikalizm və ekstremizmlə mübarizə

Səlyan rayonun Xıdırlı kəndinin sahibi yoxdur



21-ci əsrdə, qloballaşan dünyanın texnoloji inkişaf yaşadığı bir dövrdə bir kənd düşünün orada bir insanın yaşaya bilməsi üçün vacib olan faktorların demək olarki heç biri olmasın və ya yox səviyyəsində olsun. Bu sanki ölümlə yaşam savaşına bənzəyir. Əfsuslar olsunki bu kənd Azərbaycandadır.

Salyan rayonu Xıdırlı kəndi.

Mən düşünmürəm ki sürətli inkişaf prosesində olan Azərbaycanda inkişafdan bu qədər məhrum qalmış ikinci belə bir yaşayış məntəqəsi mövcuddur.
Qısa şəkildə kəndin illərdir həllini gözləyən amma cavabsız problemlərinə nəzər yetirək :
1. Qaz problemi. Qaz kəmərinin kəndin 2 km yaxınlıqdan keçməsinə baxmayaraq əhali qaz, istilik üzünə həsrətdir. Qaz xətti ümumiyyətlə mövcud deyil.
2. Məktəb problemi. Sovet dövründə inşa edilmiş məktəb artıq istifadəyə tam yararsızdır. Məktəbdə istiliyin olmaması isə ayrı bir dərddir.
3. Yol problemi. Kənddə qış aylarında maşınsız hərəkət etmək ümumiyyətlə mümkün deyil. Piyada gəzmək isə arzu olunmazdır.
4. Su problemi. Davamli su təminatı yoxdur! 15, 20 gündən bir su verilir. Yay aylari əhali üçün susuzluqla mübarizə şəraitində keçir.
5. İşıq problemi. Kabelləşmə prosesi tam edilmədiyindən xüsusilə qış aylarında işıq fasilələrlə təmin olunur.
6. Telefon və internet xəttinin olmaması tibb məntəqəsinin yararsiz vəziyyətdə olması və s.
Bütün bu sadalanan problemler hansısa ucqar kənddə deyil Bakıdan sadəcə 1 saatlıq məsafədə yerləşən kənddə mövcuddur.
Aidiyyati qurumlar, səlahiyyətli şəxslər öz adımdan və doğma kəndimin adından sizdən öncə xahiş sonra tələb edirik. Bu insanları ölümə tərk etməyin. İsti evlərinizdə əyləşən zaman, körpəsi, yaşlısı, xəstəsi soyuq evdə yaşayan bu kəndin əhalisini xatırlayın. Bu insanların haqqı var üzərinizdə. Bir anda hər şeyin dəyişməsini və düzəlməsini gözləmirik. Ən azı həyat əhəmiyyətli qaz, su, işıq kimi problemlərin həll olunmasını istəyirik.

PS. Salyan rayonu Xıdırlı kəndindəki acınacaqlı vəziyyət haqqında gənc bir əməkdaşımızdan eşitmişdim.
Bu gün sosial media hesabıma göndərilən yazıya biganə qala bilmədim.
Yazını qələmə alan Abil Süleymanovun səsinə səs verməmək insanlıqdan kənar olmaqdır.
Aidiyyatı qurumların tezliklə Səlyan rayonunun Xıdırlı kəndində yaşayan sakinlərini sevindirəcəyinə inanmaq istəyirik. Xəbərlər portalı olaraq artıq Xıdırlı kəndini nəzarətdə saxlayaraq ictimaiyyəti məlumatlandırcağıq. Hələki oxuduqlarımız və eşitdiklərimiz onu göstərir ki, Xıdırli kəndinin sahibi yoxdur, olsaydı kənd sakinləri belə acınacaqlı halda yaşamazdılar.
Djb.az

Oxunub: 456
Oxşar xəbərlər
SON XƏBƏRLƏR