dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda sərbəst güləş üzrə açıq rayon turniri keçirilib


Djb.az xəbər verir Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində Anım Gününə - şəhidlərin əziz xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə uşaq və yeniyetmələr arasında Lənkəran rayon açıq turniri keçirilib.
Turnirin açılış mərasimi Dövlət Himninin səslənməsi ilə başlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə iştirakçıları salamlayaraq ölkəmizdə və rayonumuzda idmanın inkişafından, idman sahəsinə dövlətimiz tərəfindən daim qayğı göstərilməsindən danışıb, idmançılara yarışlarda yüksək nəticələr arzulayıb.
Sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Zaur Mehrəliyev, şəhid ailələrinin üzvləri çıxış ediblər.
Çıxışlardan sonra şəhid övladları vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Beynəlxalq Güləş Federasiyasının qaydalarına əsasən keçirilən yarışda 2008-2010-cu və 2011-2013-cü təvəllüdlü idmançılar 10 çəki dərəcəsində mübarizə aparıblar. Yarışda Lənkəran, Astara, Masallı, Şirvan, Salyan, Şəmkir rayonlarının və Bakı şəhərinin Lökbatan və Kürdəxanı komandalarının tərkibində 250 idmançı iştirak edib. Qalib gələn idmançılar diplom və medallarla təltif olunublar.

Allahverən Pərvizoğlu
Lənkəranın İctimai fəal Gənci


Oxşar xəbərlər
SON XƏBƏRLƏR