Sərhəddə ölən erməni hərbçilərin sayı dəyişə (arta) bilər, çünki itkin düşənlər barədə məlumatlar var.
Djb.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryan deyib.
Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, təsdiqlənmiş məlumatlara görə, sərhəddə vəziyyətin gərginləşməsi zamanı Ermənistan tərəfindən 135 nəfər ölüb.
"Çoxlu sayda yaralı var. Bizdən itkin düşənlər də var. Yalnız onların taleyi məlum olandan sonra bəlli olacaq ki, bizdə nə qədər ölü və əsir var", - Köçəryan əlavə edib.
Onun sözlərinə görə, itkin düşənlərin ümumi sayı açıqlanmır: "Çünki cəsədlərin bəziləri bizim nəzarətimizdə olmayan ərazidədir".
Oxunub: 1 050