dini radikalizm və ekstremizmlə mübarizə

"Elay" dərgisi oxuculara təqdim olundu


Djb az
xəbər verir. Bu gün ömrümüzə tarixi bir gün olaraq yazıldı.Mətbuat bolluğunun, sosial şəbəkələrdə ədəbiyyatın yayımlandığı bir zamanda "Elay"dərgimizi söz adamlarına, oxuculara təqdim edə bildik.Ədəbi, bədii,elmi,publisist dərgimizdə bir çox rubrikalarımızla ədəbiyyat aşiqlərinin, söz xiridarlarının görüşünə gəldik.Gəldik ki, biz də varıq deyək, gəldik ki, xəmiri sözlə yoğrulmuş yazıb yaradan, lakin ədəbi mühitdə tanınmayanlara dəryada mayak kimi işıq saçıb yol açaq, yol açaq ki, anadan şair, yazıçı doğulanların söz boğçasını aça bilək.Amalımız əsil ədəbiyyatımızı ortaya qoyub oxucularımıza ərmağan etməkdi.Turan yazarlarının, şairlərinin qardaşlıq, dostluq yollarını bu dərgidə kəsişdirdik.Bu gün sevincimizə şərik olan hər kəsə çox təşəkkür edirəm.Dərginin baş redaktoru Fikrət Sadıq yadigarı, davamçısı Aysel Fikrət və dərginin təsisçisi gənc şairimiz, Söhrab Tahir məktəbində yetişən Elməddin Həbiboğluna uğurlar diləyirəm.Belə gənclərimizlə bərabər redaktoru olduğum bu dərginin ictimaiyyətimizdə nüfuz qazanacağına, çox saylı oxucu auditoriyası olacağına əminəm.Yanımızda olan, mənəvi dəstəyini bizdən əsirgəməyən redaksiya heyyətimizin dəyərli üzvü, gözəl şair, türk dünyasının sevimlisi İbrahim İlyaslının dərgimizə münasibəti, dəyərli tövsiyyələri sayəsində bu yolda uğurlarımızla çoxsaylı dərgilər sırasında hər zaman diqqət mərkəzində olacağımızdan əminəm.
Hələ ilk addımlarımızı atırıq, biz təkliflərə, tənqidlərə hörmətlə yanaşacaq, bundan yaxşı mənada nəticə çıxaracağıq.Biz dərgimizi sizlərə təqdim etdik, işimizi ortaya qoyduq.İndi isə söz sizindir, əziz oxucular.Dərgimizdə dostluğa, qardaşlığa, tanışlığa görə deyil sözün gücünə,sehrinə, gözəlliyinə önəm verəcəyik.Bu dərgi sizindir,əsərləri ilə ürəkləri riqqətə gətirən söz adamları.Hamımıza xeyirli olsun!

Aybəniz Qaragilə



Oxunub: 1 163
Oxşar xəbərlər
SON XƏBƏRLƏR