dini radikalizm və ekstremizmlə mübarizə

#Shusha həştəqi kraliçanın vəfatı xəbərindən sonra 2-ci sırada yer alıb

#Shusha həştəqi kraliçanın vəfatı xəbərindən sonra 2-ci sırada yer alıb


Dünya üzrə sıralamada #Shusha həştəqi Britaniya kraliçasının vəfatı xəbərindən sonra 2-ci sırada yer alıb.

APA xəbər verir ki, 2022-ci il sentyabrın 8-dən etibarən üç gün ərzində QHT nümayəndələri, sosial media platformalarında səhifə və kanallarının rəhbərləri, bloqerlər, habelə digər ictimai-siyasi fəalların Şuşaya təşkil edilən növbəti səfəri, həmçinin həmin müddətdə 20-dən çox ölkədən 40 nəfərə yaxın beynəlxalq səyahətçinin Qarabağ və Şərqi Zəngəzura səfəri sosial şəbəkələrdə bir neçə dildə geniş paylaşımlara səbəb olub.

Sosial mediada bir günə paylaşılmış 538 məlumat sonadək baxmış və oxumuş 3.4 milyon istifadəçiyə, ümumi olaraq isə 7 milyon istifadəçiyə çatıb. Bu materiallar Azərbaycan və Şuşa haqqında ən çox paylaşılan mövzular kimi dünya sosial media trendinə düşüb.


Oxunub: 275
Oxşar xəbərlər
SON XƏBƏRLƏR