dini radikalizm və ekstremizmlə mübarizə

Lənkəranda şəhid Afərin Qulamzadənin xatirə gecəsi keçirilib


Djb.az xəbər verir ki Lənkəran şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində Lənkəran şəhər Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə Vətən Müharibəsində Qəhrəmancasına Şəhid olmuş Afərin Qulamzadənin xatirə gecəsi keçirilib.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Lənkəran Regional Mədəniyyət idarəsinin Rəisi Şahin Şahbazov Şəhidlərimizin göstərdiyi şanlı döyüş yolundan və Azərbaycan xalqının böyük qələbəsindən söz açıb. Tədbirdə Şəhid Afərin Qulamzadənin Anası Təranə Qulamova, Atası Müqəddəs Qulamov, Lənkəran şəhər İcra hakimiyyətinin Hüquq Şöbəsinin müdiri Emin Quliyev, Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Direktoru Nuranə Nəsirova, Lənkəranın ictimai fəal Gənci, Gənc Müğənni Allahverən Pərvizoğlu, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədr müavini Saleh Dostiyev, Mamusta kənd tam orta məktəbinin direktoru Yaxşıxanım Fərzullayeva, Qazi Ağasəlim Camalov çıxış edərək Şəhid Afərin Qulamzadənin göstərdiyi şanlı döyüş yolundan söz açdılar. Tədbirin sonunda Lənkəran rayonu Mamusta kənd tam orta məktəbin şagirdlərinin ifasında Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

Djb.az Allahverən Pərvizoğlu







Oxunub: 335
Oxşar xəbərlər
SON XƏBƏRLƏR