Alimlər iqlim böhranının səbəb olduğu yüksək yay temperaturunun melanoma kimi potensial ölümcül dəri xərçəngi hallarının artmasına səbəb olduğunu bildiriblər.
Bristol Universitetinin İqlim Elmləri Professoru Dann Mitchell, Böyük Britaniyada və şimaldakı digər ölkələrdə insanların daha çox günəş işığına və ultrabənövşəyi şüalara məruz qalması barədə xəbərdarlıq edib.
O, xərçəng riskinin artmasının insanların yaratdığı iqlim dəyişikliyi və isti günlərlə əlaqəli olduğuna diqqət çəkib.
Şeffild Universitetinin Tibbi Onkologiya professoru Sarah Danson məsələ ilə bağlı narahatlığını ifadə edərək, daha isti yayların melanomadan ölümə səbəb ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, Avropa ölkələri artıq rekord qıran temperaturla mübarizə aparır.