dini radikalizm və ekstremizmlə mübarizə

Adil Əliyev qazi Elvin Cəfərovun yas mərasimində iştirak edib


Djb.az xəbər verir.
Milli məclisin sədr müavini Adil Əliyev və millət vəkili Kamal Cəfərov Sabirabad rayonunda Vətən müharibəsi qazisi Elvin Cəfərovun yas mərasimində iştirak etmişlər.
Adil Əliyev öz sosial media hesabında yazır:-
Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Rəşadətli Ordumuzun tərkibində döyüşərək, düşmənin 30 illik işğalına son qoyan, tarixi torpaqlarımızı azad edən qəhrəmanlarımızın öz canlarına qıyması hər birimizi dərindən sarsıdir. Ərazi bütövlüyümüzü bərpa, suverenliyimizi bərqərar edən Vətən övladlarına, onların ailələrinə dövlətimiz tərəfindən hər cür köməklik göstərilir. Şəhid ailələri və qazilərin sosial problemlərinin həlli dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Eləcə də hər birimiz öz növbəmizdə onların çətinliklərinin həlli istiqamətində bütün mümkün olan addımları atmalıyıq. Allahdan bir daha Elvinə və bütün şəhidlərimizə rəhmət diləyir, ailələrinə səbr, qazilərimizə şəfa diləyirəm.

Oxunub: 296
Oxşar xəbərlər
SON XƏBƏRLƏR