dini radikalizm və ekstremizmlə mübarizə

Altay Həsənovu taniyaq


Bir gənc olaraq həmişə onunla fəxr etmişəm.Biz gənclərin bu həyatda örnək gotürdüyü insanlar olub və olacaq.Onlardan birini bu gün oxucularimizla taniş etmək istəyirəm.
Altay Həsənov 1961-ci ilin 4 fevral tarixində Bakı şəhərində anadan olub. 1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il, S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. 1980-ci ildə təhsilini M. V. Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib, 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib. 1983-1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləyib. 1984-1986-cı illərdə Moskvada A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçib. 1986-1989-cu illərdə Azərbaycan SSR Elmlər Akademiyası rəyasət heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olub. 1989-cu ildə “Xəzər”jurnalının nəşriyyat kollegiyasında işləyib 1990-2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2002-ci ildən etibarən, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir. Bədii gimnastika üzrə Dünya Kuboku mərhələləri (2003, 2004 və 2005-ci illərdə), həmçinin Dünya Çempionatı (2005-ci il) və Avropa Çempionatlarının keçirilməsi üzrə yaradılmış (2007, 2009, 2014-cü illərdə) Yerli Təşkilat Komitələrinin vitse-prezidenti vəzifəsini icra edib. Bundan əlavə, 2014-cü ilin Avropa Çempionatında bilavasitə yarışlar zamanı Avropa Gimnastika İttifaqının Apellyasiya Hakimlər Briqadasının üzvü olub.Altay Həsənov Çox Saf və Pak İnsandır. 2015-ci il 29 iyun tarixində Prezident İlham Əliyev tərəfindən Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda əldə olunan nəticələrə, həmçinin ölkədə gimnastikanın inkişafına sərf etdiyi əməyə görə, “Şöhrət” ordeni ilə təltif edilib.04 Fevral 2021-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə ölkə prezidenti İlham Əliyev tərəfindən 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Djb.az Fərid Şərifov

Oxunub: 463
Oxşar xəbərlər
SON XƏBƏRLƏR