dini radikalizm və ekstremizmlə mübarizə

Djb.az Leyla Əliyevanı təbrik edir


03 İyul - Azərbaycanın ictimai xadimi, 2007 - ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2007 - ci ildən Baku jurnalının təsisçisi və baş redaktoru, 2011 - ci ildən Heydər Əliyev Fondunun vitse - prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvü, Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə "Tərəqqi" medalı və müxtəlif medallarla ilə təltif edilmiş Leyla Əliyevanın doğum günüdür!
. Leyla İlham qızı Əliyeva 03 iyul 1984 - cü ildə Moskva şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olmuşdur. 1989 - 2000 - ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. Kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006 - 2008 - ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb.
. 30 aprel 2006 - cı ildə Crocus Group kampaniyasının vitse - prezidenti və musiqiçi Emin Ağalarov ilə ailə həyatı qurub. Toydan sonra cütlük Moskva şəhərinə köçüb və Leyla Əliyeva orada ictimai fəaliyyət ilə məşğul olmaqa başlayıb. 10 may 2007 - ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 19 dekabr 2007 - ci ildə Rusiyada Baku jurnalını təsis edir və həmin jurnalında baş redaktoru olur. 08 may 2008 - ci ildə Xocalıya ədalət kampaniyasını başlayır. 2008 - ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru vəzifəsində çalışır. 18 aprel 2009 - cu ildə Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilmişdir.
. . 2011 - ci ildən Heydər Əliyev Fondunun vitse - prezidentidir. 2011 - ci ilin İyul ayında Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
. 22 noyabr 2011 - ci ildə ABŞ Nyu - Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, “Key to life” fəxri mükafatına layi görülmüş ,22 noyabr 2011 - ci ildə BMT - nin sertifikat və xüsusi vəsiqəsini almışdır.
. 12 sentyabr 2012 - ci ildə “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalı ilə təltif olunub.
. 05 aprel 2013 - cü ildə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji mühitin qorunmasına görə” xüsusi beynəlxalq şərəf mükafatı ilə mükafatlandırılıb. 01 oktyabr 2013 - cü ildə 3 - cü dərəcəli "Müqəddəs mələksima knyaqina Olqa” ordeni ilə 20 dekabr 2013 - cü ildə Rusiya III dərəcəli Müqəddəs Mələksima Knyaqina Olqa ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
. 2015 - ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT - nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 30 may 2015 - ci ildə Leyla Əliyeva və Emin Ağalarov boşandıqlarını elan ediblər. 20 oktyabr 2015 - ci ildə “Puşkin” medalı, 28 sentyabr 2016 - ci ildə Rusiya Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə" medalına layiq görülmüşdür.
. Leyla Əliyeva rəssamlıq, rejissorluq kimi sahələrlə yanaşı şeirlərdə yazır. Leyla Əliyevanın öz babası Heydər Əliyevə həsr etdiyi Elegiya şeiri orta məktəblərin 5 - ci sinif ədəbiyyat dərsliklərinə salınmışdır.
. İki oğlu Əli və Mikayıl Ağalarov, övladlığa götürülmüş bir qızı Əminə Əliyevadır
. Azərbaycan Respublikasının 3 - cü Prezidenti Heydər Əliyevin nəvəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın qızıdır. Film prodüseri Arzu Əliyevanın və Heydər Əliyevin bacısıdır.
İlham Əliyev

Oxunub: 362
Oxşar xəbərlər
SON XƏBƏRLƏR