dini radikalizm və ekstremizmlə mübarizə

BOL OLSUN


Djb.az xəbər verir.
17 iyun tarixində Dünya Türk Ocaqları Bakıda Dənizkənarı Parkda - Crystal Hall mətbuat zalında Azərbaycanın iş adamlarının rəhbərlik etdiyi yerli firmaların məhsullarının nümayişi keçirilən Fuarda - Sərgidə iştirak etdi.
Sərgi yüksək səviyyədə təşkil olunmuşdu.Fuarda maraqlı, dünya bazarına çıxan məhsullar sərgilənmişdi.
Турказ Тв diqqət cəlb edən məhsulları təqdim edən firma işçilərindən video material hazırladı, müsahibə götürdü.
Yeni tanışlıqlar, təzə dostluqlar yarandı.
Sərgidə nümayiş olunan çox çeşidli, keyfiyyətli, yeni, bol məhsullar, onların yüksək səviyyədə təqdim olunması vətənimizin, dövlətimizin, qüdrətindən, xalqımızın mədəniyyətindən xəbər verir.
İş adamlarının öz işlərini genişləndirməsi, başka ölkələrlə əlaqə saxlamaı və inkişaf etdirməsi üçün lazımı qurumlar dəstəyini əsirgəməməlidirlər. Çünki bu həm də dünyada ölkəmizin təbliğatı deməkdir.
Uğurlar olsun!

Validə Vəliyeva



Oxunub: 389
Oxşar xəbərlər
SON XƏBƏRLƏR