dini radikalizm və ekstremizmlə mübarizə

Nərminin əmisi istintaqa verdiyi ifadəni təkzib etdi


2 il öncə Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə ittiham olunaraq həbs edilən İlkin Süleymanovun məhkəməsi davam edir.

Djb.az axar.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanov sənədlərin elanı zamanı Nərmin Quliyevanın əmisi Arif Quliyevin həyat yoldaşı Nailə Quliyevanın istintaqda dedikləri ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər olduğunu bildirib.

O, istintaq zamanı verdiyi ifadəsində itkin düşməzdən əvvəl Nərmini görmədiyini desə də, məhkəmədə dindirilən vaxt sonuncu gün Nərminin üzərində olan paltarları bir-bir sadalayıb.

Sonra məhkəmədə Nərmin Quliyevanın gündəliyi oxunub. Nərmin gündəlikdə atasının böyük bacısını ondan çox istəməsi, ona daha çox diqqət göstərməsi qeyd olunub.

Növbəti proses iyunun 16-na təyin olunub.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Qeyd edək ki, 48 yaşlı İlkin Süleymanov 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinir. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq 47 gün sonra qətlə yetirib. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. Süleymanov 4 gün Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qaldığı üçün etiraf ifadəsinə imza atdığını bildirir. Baş Prokurorluq isə İlkinə işgəncə verilməsi faktını təkzib edir.

Oxunub: 591
Oxşar xəbərlər
SON XƏBƏRLƏR