Azərbaycanlı Rusiyada ermənilər tərəfindən öldürülüb.
Djb.az konkret.az-a istinadən xəbər verir ki, bu gün gecə yarısı 79 yaşlı taksi sürücüsü Sergey Qriqoryan 35 yaşlı Osmanov Muradı müştəri qismində maşına mindirib. Maşında onlar arasında nədənsə mübahisə yaranıb və Murad taksi sürücüsünü qarnından bıçaqlayıb.
Osmanov saxlanılıb, taksi sürücüsü isə ağır vəziyyətdə Vladiqafqaz RPŞ-nə aparılıb. Amma artıq yarım saatdan sonra Murad da polisin müşayiəti ilə həmin xəstəxanaya gətirilib. Tutulduqdan sonra məlum olub ki, onun qolu yaralanıb.
Xəsarət alan taksi sürücüsünün çoxsaylı erməni qohumları artıq klinikada olublar. Əvvəlcə dəhlizdə, polisin gözü qarşısında taksi sürücüsünün nəvəsi Osmanovu kürəyindən və ayağından bıçaqlayıb. Həkimlər yaranı tikib sarğı qoyublar.
Amma Osmanov təcili yardım otağında oturarkən taksi sürücüsünün oğlu da onunla qarşılaşaraq döş və mədə nahiyəsinə bıçaq zərbələri endirib. Və daha sonra başqa bir qohumu tapança ilə Muradı güllələyib. Bu anlar kameraya düşüb.
Nəticədə Osmanov reanimasiyada dünyasını dəyişib.
Oxunub: 295