Şəhidimiz Xudayarın (Vətən müharibəsi şəhidi Xudayar Yusifzadə nəzərdə tutulur) türkü söylədiyi diyarlara, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgimi göndərirəm.
Djb.az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfəri çərçivəsində “Teknofest Azərbaycan” festivalında çıxışı zamanı deyib.
"Əzəli qardaşlığımızı Allah daimi eləsin. Diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd edirik. Birlik və bərabərliyimizi daha da gücləndiririk. Diplomatik münasibətlərimiz 30 il əvvəl başlasa da, ortaq taleyimizin tarixi qədimdir", - Ərdoğan bildirib.
Oxunub: 383