dini radikalizm və ekstremizmlə mübarizə

BƏƏ Prezidenti Azərbaycan liderini təbrik etdi

BƏƏ Prezidenti Azərbaycan liderini təbrik etdi

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, məktubda deyilir:


“Möhtərəm cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına isə rifah və tərəqqi arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Oxunub: 374
Oxşar xəbərlər
SON XƏBƏRLƏR