İxtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanları və coğrafi göstəricilərin hüquqi mühafizəsi sahəsində göstərilən xidmətlərə görə Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqların məbləğlərində dəyişiklik edilib.
Djb.az konkret.az-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, əmtəə nişanları və coğrafi göstəricilərin qeydə alınması ilə bağlı dövlət rüsumunun ödənilməsi müddətinə əlavə olaraq 4 (dörd) ay müddətində möhlət verilməsi üçün ödəniləcək məbləğ 30 manatdan 45 manata qaldırılıb.
Oxunub: 400