dini radikalizm və ekstremizmlə mübarizə

Heydər Əliyev Mərkəzində təşkil olunmuş “Açıq qapı” günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı və müavinləri Suraxanı rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər


Djb.az xəbər verir ki, May 18-də Suraxanı rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş “Açıq qapı” günündə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, RİHB-nin müavinləri və şöbə müdirləri Suraxanı rayon Heydər Əliyev Mərkəzini ziyarət etdilər.
İlk öncə Mərkəzin rəssamı Aynur Novruzovanın və Mərkəzdə fəaliyyət göstərən rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilmiş və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş kitab sərgisi nümayiş olunmuşdur. Sərgidə Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin onun fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatındakı hadisələri əks etdirən kitablar təqdim olunmuşdur.
Ekskursiya çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şərəfli ömür yolu, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əks etdirən eksponat, fotoşəkillər və kitablar haqqında ətraflı məlumat verilmiş, “Muzey”, "Rəsm studiyası", “Kitabxana və İnformasiya Texnologiyaları” bölmələrinə baxış keçirilmişdir.
Qeyd olunmuşdur ki, Suraxanı rayon Heydər Əliyev Mərkəzi gənclərin, yerli əhalinin, rayona təşrif buyuran qonaqların, turistlərin ziyarət etdiyi əsas məkanlardan biridir. Heydər Əliyev Mərkəzi Ümummilli Liderin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliği, Azərbaycan tarixi və mədəniyyətinin, dilinin və digər milli-mənəvi dəyərlərinin yaşadılması istiqamətində sistemli fəaliyyət göstərən ideoloji müəssisədir.

Sonda xatirə şəkli çəkdirilmişdir.




Oxunub: 264
Oxşar xəbərlər
SON XƏBƏRLƏR