dini radikalizm və ekstremizmlə mübarizə

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu


Mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Djb.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Oxunub: 257
Oxşar xəbərlər
SON XƏBƏRLƏR