dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya sülhməramlıları Azərbaycanın tarixi irsini MƏHV EDİR - Xocalı kurqanları DAĞIDILIR


Rusiya Federasiyasının sülhməramlıları Azərbaycanın tarixi irsini məhv edirlər.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, Xocalı kurqanları Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən dağıdılır. Artıq bir neçə kurqan dağıdılıb!

Xocalı düzü elmi ədəbiyyatda eyniadlı kurqanlarla tanınır. Xocalı kurqanları Xocalı-Gədəbəy mədəniyyətinin qədim tarixinin öyrənilməsində mühüm rol oynayır. Bu, bütün Qafqazda e.ə XIV-VIII əsrləri (yəni Son Tunc dövrü – Erkən Dəmir dövrü) əhatə edən bir qrup müxtəlif tipli abidələrin toplandığı yeganə yerdir.

Səbuhi Hüseynovun peyk şəkillərinin təhlili bu detallara aydınlıq gətirdi:

Bu günə qədər gəlib çatmış üç böyük kurqandan biri tamamilə dağıdılıb və onun üzərində hərbi istehkam tikilib.

İkincisi, Xocalı kurqanlarının ən böyüyü olan Xaça-Təpənin ətəyi qazılaraq istehkam kimi istifadə edilir.

Qeyd edək ki, Xocalı kurqanları Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Azərbaycanın arxeoloji abidələrinin dünya əhəmiyyətli reyestrinə daxil edilib.

Oxunub: 446
Oxşar xəbərlər
SON XƏBƏRLƏR