İlin on iki ayı müxtəlif günlərdə şəhidlərimizin mövludu, şəadəti qeyd olunur. Bu illərlə beləcə davam edəcək. Onların unudulmaması üçün hər zaman şəhid ailələrinə yanında olmaq, onlara mənəvi dəstək durmaq isə biz insanların vətəndaşlıq borcudur.
20.04.2001- çi il tarixində Binəqədi kəndində yerləşən mərasim evində Şəhid Əhmədov Tacir Mehdi oğlunun mövludu qeyd olundu.
Şəhidin anası Həlimə xanım, atası Mehdi kişi nə qədər məğrur dayanmağa çalışsalar da övlad dərdi onların qəddini əymişdi. Şəhidin nənəsi Gülarə xanımdimın da övladlarına baxaraq için -için yandığı açıq aşkar görünürdü. Amma ataların bir misalı var "Elnən gələn bəla toy bayram olar " biz toy bayram edə bilməsək də toysuz balamızın movluduna yığışaraq onu yad etdik. Gözlərdə nəm, ürəkdə sağalmayan hər zaman qanayan yara ilə önlü günlərin xatirələrindən söz açdıq.
İgid şəhidimizin şəninə müxtəlif fikirlər söylənildi, döyüş yolundan söz açıldı, ruhuna yaşın oxunaraq quran tapşırıldı. Tez- tez gözümü cəkə bilmədiyim təxminən baxırdim. Sanki deyirdi Pərvanə xanım sən yaz yarat, yaz ki biz şəhidlər unudulması. Yaz ki, gələcək nəsillər bizi tanısın. Biz onların arzuları reallassin xoşbəxt firavan yaşasınlar deyə öz arzularımızdan kecdik. Mənim də arzularım var idi atamın arxası dayağı olacaqdım, anama telli- duvaqli gəlin gətirəcəkdim, evimizdən hər zaman gülüş, qəhqəhə səsləri gələcəkdi. Amma fələk qoymadı valideyinlərim, sevənlərim gözü yaşlı qaldı. Mən Vətən yolunda şəhid oldum məkanım cənnətdir. Amma siz yazarlar bizləri yaşatmaq üçün tarixə salmasaniz, gənc nəsil hər bir şəhidi tanımalidir, belə olmazsa biz haqqımızı o zaman sizlərə halal etmərik. Hər bir şəhidlə birlikdə onun ailəsində də diri ikən öldu. Məhz onların yaşaması üçün əlinizdən gələni əsirgəməyin onda biz rahat uyuyacağıq.
SƏHİDİN HƏYAT YOLU.
Tacir Mehdi oğlu Əhmədov 20.04.2001 tarixində Kürdəmir rayonu Qarabucaq kəndində dünyaya göz açmışdı. 4 yaşına qədər bu kənddə yaşamış, daha sonra ailəsi ilə birgə Binəqədi rayonuna köçmüşdülər. Orta təhsilini Binəqədi rayonu 182 nömrəli məktəbdə başa vurmuşdu. Azərbaycan Ordusunun əsgəri olan Tacir Əhmədov 2020-ci il sentyabrın 27-də düşmən tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş əks-hücum əməliyyatları və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Tacir Əhmədov 20.10.2020- çi il tarixində Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Binəqədi qəsəbəsi ərazisində yerləşən Vətən Müharibəsi Şəhidləri üçün ayrılmış Xiyaban Kompleksi ” ndə böyük xalq izdihamı ilə dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi, şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Tacir Əhmədov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
P.S.
Tədbirdə Binəqədi rayon müəssisə və təşkilatlarından nümayəndələr, Dünya Türk Ocaqları Birliyinin Zəngilan bölgə rəhbəri, Ənvər Qarayev, Gürcüstan Respublikası üzrə bölgə rəhbəri Elşən Ələkbərov, Neftçala bölgə rəhbəri Abdullayeva Pərvanə Salman qızı, birliyin intizam üzrə rəhbəri Elşən Məhərrəmov və s. iştirak edirdilər.
Şairə Pərvanə Salman qızının bu şeri də məhz şəhidlərimizə ittihaf edilib.
RUHUNUZ ÖNÜNDƏ,
BAŞ ƏYİR HƏR KƏS
Bayrağın hər rəngində,
Min Şəhidin adı var,
Millətin qüruru,
İftixarı Şəhidlər,
Ruhunuz önündə, baş əyir hər kəs.
Qarlar yağır
Yağış yağır silinmir,
Yüz illərin torpağında
Qan izi var,
Hər səngərdə
Şəhid izi,Şəhid adı var
Ruhunuz önündə, baş əyir hər kəs.
Ölüb qovuşubsunuz
Ölümsüzlüyə
Şəhidlik adıyla,
Uça zirvəyə
Dünyanı lərzəyə
Gətirir bu ad
Ruhunuz önündə, baş əyir hər kəs.
Hazırladı: DJB.az
Almaz İlahə
Oxunub: 416