dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Respublikası Qeyri –Hökumət təşkilatlarına dövlət dəstəyi Agentliyiyin dəstəyi ilə "Məhsəti" Şairlər Məclisi İctimai Birliyi 2021-ci il kiçik qrant müsabiqəsinin qalibi oldu


Azərbaycan Respublikası Qeyri –Hökumət təşkilatlarına dövlət dəstəyi Agentliyiyin dəstəyi ilə "Məhsəti" Şairlər Məclisi İctimai Birliyi 2021-ci il kiçik qrant müsabiqəsinin qalibi oldu . Layihəmiz “Nizami Gəncəvi ədəbi irsinin təbliği”nə dair bölgələrdə ədəbi məclis (şer, qəzəl, qiraət, muğam ifası) və tamaşaların təşkil etməkdir.
Azərbaycan ədəbi irsinin təbliği ədəbiyyatımızın, mədəniyyətimizin, mənəviyyatımızın, milli ənənələrimizin, şifahi xalq yaradıcılığı, milli folklorumuzun yaşaması, qorunması üçün mühüm şərtdir. Nizami irsi ədəbi irzimizin şah damarıdır. Söz sənətinin ustadı Nizami Gəncəvi yaradıcılığı təkcə bu illə deyil, hər zaman elm sahiblərinin, ədib və yazarların, mədəniyyət xadimlərinin əsas müraciət etdiyi gündəm mövzu olacaqdır. Dahi şairin məşhur əsərləri, “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanmaqla kamillik axtaran zəka sahiblərinin həmişə ilham alacağı yaradıcılıq mənbəyi sayılacaqdır. Nizami dərin fəlsəfi əhəmiyyət daşıyan yaradıcılıq əsərləri ilə kamillik, dürüstlük, sülh, ədalət və məhəbbəti aşiqi olmaqla, insanları fərdi inkişaf tərbiyəsinə dəvət etmiş, fərdi inkişafla, həmçinin, ədalətli cəmiyyətin qurulmasına çağırış etmişdir. Dahi mütəfəkkirin yaradıcılığının əhali kütlələrinə yaxın, sadə xalq dili ilə, müxtəlif janr və fəaliyyət növləri ilə çatdırılması, gənc nəslimizin milli-mənəvi ruhda tərbiyəsinə, milli irzimizin varisliyinin təmin olunmasına zəmanətdir. Bu baxımdan Nizami yaradıcılığının, ədəbi irsinin təbliğində müxtəlif yeni vasitə və üsullardan istifadə zəruridir. Layihənin məqsədi regionlarda Nizami ədəbi irsinin sadə xalq kütlələrinə müxtəlif yeni formatlarla təbliği, regionlarda şer, qəzəl, muğam ifaları, əsərlərdən tamaşalar daxil olmaqla ədəbi məclislərin təşkili ilə ədəbi irsimizi yaşadıb qorumaq, gənc nəslin milli mənəvi ruhda inkişafına töhvə verməkdir.
29 mart 2022-ci ildə Şamaxı rayonunda "Məhsəti" Şairlər Məclisi ictimai Birliyi “Nizami Gəncəvi ədəbi irsinin təbliği”nə dair tədbir keçirildi. Tədbir Şamaxı rayon Əfzələddin Xaqani Şirvani adına Şamaxı rayon Mədəniyyət Mərkəzində keçirildi .
Tədbiri Məhsəti Şairlər Məclisi İB-Sədri Cəvahir Qaraqızı və İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadə proqramı açdı . Qonaqlara xoşgəldin etdilər.
İlk öncə Xalqımızın qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra Şamaxı İcra Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Eyubova Mehriban Qulu qızına verildi . Mehriban xanım Məhsəti Şairlər Məclisi İB-nin üzvlərinə və qonaqlara xoşgəldin etdi . Nizami Gəncəvi irsinin regionlarda təbliginin əhəmiyyətindən danışdı . Azərbaycanda Ədəbiyyatımızın , Mədəniyyətimizin yüksək səviyyədə inkişafından danışdı.
"Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin Sədri Cəvahir Qaraqızı Nizami Gəncəvi haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Nizami Gəncəvinin şeirlərini məharətlə ifa etdi .
Xanəndələr Habil Şıxaliyevin,Vəliş Mirzəyevin, Nisbət Sədrayevanın, çıxışı maraqla qarşılandı .
Tədbirin musiqi rəhbəri Antiq Hüseynov
Tar:Əhməd Həmidov
Kaman:Natiq Hüseynov
Balaban:Şirəli Fətəliyev
Ud: Əhliman Novruzov
Elektro piano: İmdad Şıxaliyev
Nağara :Elməddin Allahyarov
Aztv-nin əməkdaşı, Əməkdar jurnalist Zərnişan Azayeva maraqlı çıxışı etdi.
Şamaxı “Xalq Teatrı”nın çıxışı hamını ürəyincə oldu .
İştirakçılar:
Əbdül Məcidli
Ruslan Adıgözəlov
Xəyal Quliyev
Şöhrət ordenli, Xalq artisti, Professor, Prezidentin fərdi təqaüdçüsü İlham Namiq Kamalın çıxışı alqışlarla qarşılandı.
Şairlər Mətanət Ulu Şirvanlı, Mehman Rəcəbov, Fizuli Soltan, İbrahim İsrafil , gənc şair İsrail Baxşeş çıxış etdilər.
Aşıq Ağamurad Şirvanlının məlahətli səsi ilə hamının ruhunu oxşadı.
Ramal Məmmədzadənin çıxışı da təqdirəlayiq idi .
Şamaxı şəhər 9 saylı tam orta məktəbin şagirdləri Nizami Gəncəvinin əsərlərinindən ibarət kompozisiyaları çox peşəkarcasına ifa etdilər.
Sonda "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin Sədri Cəvahir Qaraqızı
Azərbaycan Türküyə Prezidentlərinə Cənab İlham Əliyevə, Cənab Rəcəb Tayyib Ərdoğana can sağlığı və uğurlar arzuladı.
Azərbaycan Respublikası Qeyri –Hökumət təşkilatlarına dövlət dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Azay Quliyev Cənablarına ,Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevə və Agentlikdə əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Lahihənin həyata keçirilməsində göstərdiyi dəstəyə görə Şamaxı rayon İcra hakimiyyətinin başçısı Tahir Nadir oğlu Məmmədova, Başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Eyubova Mehriban Qulu qızına, İsmayıllı Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi Rəfail Tağızadəyə dərin təşəkkürlərini bildirdi .


"Məhsəti" Şairlər Məclisi ictimai Birliyinin mətbuat xidmətinin rəhbəri:

Elvina Şıxəliyeva













Oxunub: 466
Oxşar xəbərlər
SON XƏBƏRLƏR