Millət vəkili J. Əhmədova Şəhid Anar Əsgərlinin anası Fərqanə xanımı ziyarət etdik.
Ziyarət etdiyimiz bir çox Şəhid analarının dediyi kimi Fərqanə xanım da eyni sözləri söylədi:
- Jalə xanım, bizə göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik, ( halbuki Jalə Əhmədova təşəkkür üçün deyil öz təşəbbüsü ilə Şəhid ailələrinə, Qarabağ qazilərinə Vətəndaşlıq borcumdur deyib dəstək olur) Siz bizə öz ananız kimi davranırsınız, heçkəsdən bu isti münasibəti görməmişik . Sağ olsun Dövlətimiz, Millətimiz ki, Sizin kimi insanlığa nümunə olan bir xanımı Milli məclisə geputat seçiblər. Bu gün Sizin sayənizdə bizlər yad olunuruq, zamanınızın bir neçə dəqiqəsini deyil, saatlarınızı bizə sərf edirsiniz. Biz heç öz Millət Vəkilimizi tanımırıq, bu 9 ildə bir dəfə də olsa qapımı açıb heç bir problemimlə maraqlanmayıb, heç bir dəstək göstərməyib. Biz Sizdən var istəmirik, dövlət istəmirik, bizə sadəcə diqqət və qayğı lazımdır deyərək Fərqanə xanım göz yaşlarına hakim ola bilmədi. Jalə Əhmədova ürək ağrısı ilə ananı sakitləşdirərək, hər zaman, günün istənilən saatından asılı olmayaraq gücüm çatan qədər hər birinizin xidmətində durmağa hazıram dedi. Onu da qeyd etdiki problemlərin həlli üçün qanun çərçivəsində nəyə gücü çatırsa vətəndaşlardan əsirgəməyəcək. Fərq etməz hansı bölgədən müraciət olunursa olunsun gücüm çatanı edəcəm. Mənim bir amalım var Dövlətə və Dövlətçiliyə xidmət etmək. Allah məni bu şərəfli yolda yormasın. Fərqanə xanım Jalə Əhmədovanın bu sözlərindən sonra , Jalə xanıma Sizinlə fəxr edirəm, Azərbaycanımın mərd və qeyrətli xanımı deyərək onu bağrına basdı.
Millət vəkilləri ay ərzində ən azı 2-3 dəfə Şəhid və Qazi ailələrinin, öz seçicilərinin problemləri ilə maraqlanıb, gücləri çatan qədər dəstək olsalar, Ölkədə Vətəndaş məmnunluğu tam yüksək səviyyədə olar.
P.S. Qohumlarınızdan vaxt tapanda vətəndaşlarla da maraqlanın zəhmət olmasa, çünki Sizi millə məclisdə kürsü sahibi edən qohumlarınız deyil, sıradan vətəndaşlardır.
Djb.az
Nərmin Şabanqızı
Oxunub: 732