dini radikalizm və ekstremizmlə mübarizə

YAP Suraxanı rayon təşkilatının təşəbüssü ilə İlaxır çərşənbə günü münasibəti ilə Şəhidlər Xiyabanları ziyarət edilmişlər.


İlaxır çərşənbə günü münasibəti ilə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının təşəbüsskarlığı ilə Suraxanı rayonunun qəsəbələrində yerləşən Şəhidlər Xiyabanları Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, digər rəsmi şəxslər, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri tərəfindən ziyarət edilmiş, şəhid məzarlarının üzərinə milli bayramımız Novruzun atributu olan səmənilər və tər güllər düzülmüş, əziz xatirələri ehtiramla yad edilərək dualar oxunmuşdur.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov şəhid ailələrinin İlaxır çərşənbə gününü təbrik etmiş, şəhidlərimizə Uca Allahdan rəhmət diləmişdir. RİH başçısı vurğulamışdır ki, dövlət başçısı, cənab Ali Baş Komandan İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın xüsusi diqqətinin nəticəsidir ki, şəhid ailələrinin bütün sosial qayğıları öz həllini tapmaqdadır.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov da, İlaxır çərşənbə günü münasibəti ilə şəhid ailələrini təbrik etmiş, onlara səbr diləmişdir. Yerli təşkilatın sədri bildirmişdir ki, müdrik Azərbaycan xalqının qədim adət - ənənələrinə görə insanlar ilaxır çərşənbə günləri dünyadan köçmüş doğmalarını, əzizlərini yad edərək, onların məzarlarını ziyarət edirlər. Xalqımıza şanlı zəfəri, qələbəni bəxş edən şəhidlərimizin əziz xatirələrini yad etmək məqsədi ilə YAP Suraxanı rayon təşkilatının nümayəndələrinin bu gün şəhid ailələrinin yanında olub, onların qayğıları ilə maraqlanmağı özlərinə vətəndaşlıq borcu saydıqlarını bildirən YAP rəsmisi bütün şəhidlərimizə Allahdan rəhmət diləmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhid ailələrinin üzvləri cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlıqlarını bildirmişlər.







Oxunub: 477
Oxşar xəbərlər
SON XƏBƏRLƏR