dini radikalizm və ekstremizmlə mübarizə

Bu gün Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutacaq

Bu gün Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutacaq

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundunun bu gün baş tutacağı gözlənilir.

Djb.az report-a istinadən xəbər verir ki, Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamiyanın Ukraynanın “Strana” nəşrinə verdiyi məlumata görə, üçüncü tur əvvəlki kimi Polşa-Belarus sərhədində keçiriləcək.

Araxamiyanın sözlərinə görə, danışıqlar Belovejskdə - Puşedə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq. Müzakirələrin faktiki olaraq martın 7-də baş tuta biləcəyini Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Sluski də təsdiqləyib.

Oxunub: 490
Oxşar xəbərlər
SON XƏBƏRLƏR