dini radikalizm və ekstremizmlə mübarizə

ARILAR VƏ MİLÇƏKLƏR.

Arılarla milçəkləri bir şüşəyə qoyurlar. Şüşənin alt tərəfini işığa doğru, açık olan ağzını isə qaranlığa doğru yerləşdirirlər. Arılar işıq olan tərəfə yığışırlar – oradan isə çıxmaq mümkün deyil. Eyni vaxtda milçəklər şüşənin qaranlıq olan ağzına tərəf doluşur və oradan çölə çıxırlar. Ancaq bir tək arı belə şüşənin ağzı açıq, qaranlıq tərəfinə uçmur. Əksinə, vurnuxaraq işıqlı tərəfə toplanırlar.
İnsanın ağlına arıların ağılsızcasına davrandıqları gəlir. Sadə görünən bu təcrübə olduqca düşündürücüdür. Arıları araşdıranlar onların təbiətin möcüzəsi olduğunu bilirlər. Onların həyat və davranışları ecazkardır. Təkcə pətəyi necə hazırladıqlarına baxanda heyrətə düşürsən. Düzgün, bir-birindən fərqlənməyən altıbucaqlı xanalardan ibarət olan pətəklər arılar üzərində təcəlli edən sonsuz ağlın bir nümunəsidir. Pətək eyni anda 2-3 arı tərəfindən yuxarıdan aşağıya doğru hörülür. Ayrı-ayrı hörülən hər bir hissə yanlara doğru genişlədilərək digərilə birləşdirilir. Fərqli uclardan başlayaraq hörülən pətəklər elə simmetrikdirlər ki, yüzlərlə xanadan ibarət olmasına baxmayaraq ortaya bir bütün pətək çıxır. Üstəlik bu proses o qədər mükəmməl hesaplanmış şəkildə həyata keçir ki, pətəkdə heç bir birləşmə izinə rast gəlinmir.
Arı harada və hansı çiçəkdən bəslənəcəyini bilən, yüzlərlə pətək arasında tərəddüd etmədən öz pətəyini tapan və yumurta qoyan varlıqdır. Bəs necə olur ki, bu fövqəladə varlıq şüşənin ağzını tapıb çıxa bilmir? Çünki arılar işığa gedən yolda maneələr olsa da ölüm riski alaraq işığa və yalnız işığa gedirlər hər zaman.
Bir də milçəklərə baxaq. Onlar üçün şüşənin agzının qaranlığa baxmasının önəmi yoxdur. Hiyləgər, ürəksiz, qorxaq məxluqlar...
Yalnız öz həyatları maraqlıdır onlar üçün. Harada yemək var, harada rahat yaşayacaqsa ora gedirlər . Dəyərlərin hec bir əhəmiyyəti yoxdur. Arını qovmaq istəsən qaçmaz, səninlə savaşar, iynəsini sancanda öləcəyini bildiyi halda yenə də vuruşar, dəyərləri üçün ölər. Amma milçəyi qovursan yenə arsızcasına eyni yerə gəllib qonur, iyrənc ayaqları ilə yaşadığımız hər yerə mikrob daşıyır. Hara gəldi, zibillikdə, tualetlərdə, bataqlıqlarda yumurtalarını qoyur, çoxalır. Arılar isə yumurtalarını yalnız yuvalarında və sadəcə onlara aid pətəkdə qoyurlar.
Milçək kimi yaşayan insanlar da var təəssüf. Çoxluq təşkil edirlər. Siz onları tanıyırsız, hər gün eşidirsiz, onlar agaları "Fas !" deyincə tökülüşənlər (leşə yığışan milçəklərə bənzəyirlər), gözə girənlər, trollar...Hər yerdədirlər, elə deyilmi ?
Bəs arı kimi aydınlığa uçanlar, əngəllərə baxmayaraq işığa doğru gedənlər, işığa çatmaq üçün çırpınanlar, dəyərlər ugrunda mübarizə aparan, ləyaqətlə yaşayıb, əl ətək öpməden işıq saçanlar.... Onlar haradadırlar?
VAR, ONLAR VAR ! BAXIN, DİQQƏTLƏ BAXIN ƏTRAFINIZA, GÖRÜN ONLARI, GÖRÜN LÜTFƏN...
EYNŞTEYNƏ GÖRƏ ARILAR OLMASA İNSAN HƏYATI 4 İL SONRA BİTƏR. İŞIQLI İNSANLARIMIZI DƏYƏRLƏNDİRMƏSƏK BİZİM CƏMİYYƏT MƏHV OLACAQ....
MÜRSƏL ZEYNALOV

Oxunub: 625
Oxşar xəbərlər
SON XƏBƏRLƏR