dini radikalizm və ekstremizmlə mübarizə

Adil İrşad oğlu atasından yazdı


Djb.az xəbər verir tanınmış jurnalist, atası haqqında sosial media hesabında yazdı.
Fevralın 25 atam İrşad Məhəmməd oğlu Əliyevin doğum günüdür.
1924- 1993=69
Onun soy-kökü Ağdamın Sarıhacılı və Seyidli kəndlərindəndir. Qarabağ xanı Pənahəli xanın əqrabasıdır. Azərbaycanın görkəmli yazıçısı, dramaturqu və maarif xadimi Süleyman Sani Axundovun mənsub olduğu nəslin ləyaqətli nümayəndəsidir. Rəhmətlik atam İrşad Məhəmməd oğlu Əliyev uzun müddət dövlət məmuru olub.

Gözəl musiqi nümunələrini dinləməyi, şeiri, ədəbiyyatı çox sevərdi. Qonaqpərvər insan idi.

Evimiz həmişə qonaqlı-qaralı olub. Tədqiqatçı-alim, professor Şirməmməd Hüseynov, şair-publisist, professor Famil Mehdi, yazıçı-publisist, professor Qulu Xəlilov, yazıçı Nurəddin Babayev, tanınmış jurnalist və baş redaktor Nəriman Zeynalov, tədqiqatçı-alim, uzun müddət Azərbaycan Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı olmuş professor Akif Rüstəm oğlu Rüstəmov, Azərbaycan muğam ifaçılığı tarixində özünəməxsus yeri, dəst-xətti olan müdrik insan professor Arif Babayev və başqaları ailəmizin ən əziz qonaqları idilər.

Rəhmətlik atam, qurduğu məclislərdə Famil Mehdinin aşağıdakı şeirini əzbər və xüsusi bir tərzdə söyləməyi sevirdi :

BİR DAHA DEMƏRƏM

Min hava çalınıb könül tarımda,
Dünyanın nə çoxu, nə azıyam mən.
Fəsillər görüşür duyğularımda
Elin həm qışıyam, həm yazıyam mən.

Anam Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqiylə yanın.
Başına döndüyüm Azərbaycanın
Dəli Kürüyəm mən, Arazıyam mən.

Dinlə "Çahargah"ı, eşit "Qatar"ı.
Könül dünyamızın sərvəti, varı.
Ələsgərin sazı, Qurbanın tarı
Cabbarın, Seyidin avazıyam mən.

Öz tarixi vardır dağda qarın da,
Ürəkdə eşqin də, etibarın da.
Qədim Qobustanın qayalarında
Pozulmaz, silinməz bir yazıyam mən.

Familəm, həmişə yanmaqdır peşəm,
Can deyən gözələ canan demişəm.
Bu yolda sevinc də, qəm də yemişəm,
Bir daha demərəm tamarzıyam mən.

Adil İrşadoğlu Əliyev

Oxunub: 571
Oxşar xəbərlər
SON XƏBƏRLƏR