Mən gözümü açandan ailəmizdə dövlətimə sədaqət, vətənə məhəbbət təbliğatı ilə böyüdüm. O səpgidə də övlad böyütdüm.
Bu gün sosial mediada Azərbaycan ordusunun ruslara kömək edəcəyi haqqda məlumatların yayımlanması məni bir vətəndaş kimi, qazi anası və eyni zamanda bir ictimai xadim kimi çox narahat etdi. Və belə bir sual beynimi didib parçaladı, yəni doğurdan biz ,rusa köməyə orada ölməyə əskər göndərəcəyik???
Siyasət olsa belə mən bu siyasəti qəbul etmirəm. 20 yanvar facəiəsini nə tez unutduq??? Erməni kim idi Xocalı faciəsini törədə, onların yanında həmişə böyük qardaşları İVANLAR, ANDREYLƏR OLDU.
Əsl böyüklük səhvlərindən nəticə çıxarmaqdır.
Müracətim isə sapı bizdən olanlaradır.
Ali Baş Komandana olan sevgini xalqdan almayın. Mən belə başa düşürəm Onun çevrəsində olan qurdların əlinə şans düşüb, sadə xalqı hiddətləndirmək və müxtəlif qüvvələrin əliylə məqsədlərinə çatmaq.
Böyük qələbədən sonra bəzi nadürüstləri çıxmaqla xalq Prezidentinin yanındadır, bunu qəbul etməyənlərin irəli sürdükləri təklif -xalq, millət tərəfindən qəbul edilmir.
Ay vətən xainləri xalq prezidentiə mən daxil ƏBƏDİ PREZİDENTİM deməyi sizi deyəsən yaman narahat edib.
Etməyin... Xalqa nifrəti, təssüf hissin aşılamayın.
Biz oğul böyütmədik ki, düşmən bildiyimiz rusun ordusunda xidmət etsin.
44 günlük Vətən müharibəsində Ukranya bizi dəstəklədi. Biz hegemon rusu dəstəkləsək xalqın dövlətinə inamı öləcək. İnamın, ölməsi güvənin sarsılması isə faci ilə sonlana bilər.
Sonra deməyin ki, demədilər...
Olarsa yazıqlar olsun bizə!!!
Almaz İlahə
Oxunub: 446