Djb.az xəbər verir ki, hər il olduğu kimi İç Anadolu Birliyi (İCAN) möhtəşəm tədbirləri ilə yenə də gündəmdə oldu. Uzun zamandır ki, Qardaş Türkiyənin bir çox şəhər və rayonlarında sil- silə tədbirlər keçirən yazıçı şairə, Qafqaz media İçtinai Birliyinin rəhbəri Azadə- Taleh Abbasqızı Ankara şəhərində İç Anadolu Birliyinin , Türk Dövlətləri Təşkilatı və Dunya Jurnalistlər Birliyinin birgə təşkil etdiyi " Türk Dövlətləri Təşkilatının dünəni, bu günü, gələcəyi türkiyə və türk dünyası üçün əhəmiyyət kəsb edir" adlı tədbirdə iştirak etmişdir. Hər il Azərbaycanın əlamətdar günlərini qardaş Türkiyənin Ankara şəhərində qeyd edən İsmət Taş bu dəfə
tədbirdə Azərbaycanı təmsil edən Azadə -Taleh Abbasqızına
Türkiyənin əli işi olan bayrağını QMİB-ə hədiyyə etdi.
Tədbir təxminən 2 saat davam etdiyi bildirilir. Biri-birindən dəyərli çıxışçılar BİR MİLLƏT-İKİ DÖVLƏT şüarı ilə Türkiyə-Azərbaycan dostluğundan, söz açıldı.
Profesdor. Dr. Uğur Ulutürk auditoriyada olan qonaqlara Türk dünyasından və Azərbaycan tarixindən söz açdı. Azərbaycan tarixini gözəl bilən Professor Qarabağın qanlı tarixinin canlı şahidi olduğunu da oxucularımıza bildirmək istərdik. Erməni qəsbkarları Azərbaycan torpaqlarına hücum edərkən, hər zaman olduğu kimi könüllü köməyə gələn qardaşlarımızın arasında professor Uğur Ulutürk də var idi. Erməni vandallarının vəhşiliklərinin canlı şahidi olan azərbaycan sevər Uğur bəyin çıxışı çox maraqlı oldu.
Tədbirin məhz 20 yanvar tarixində keçirilməsi təsadüf deyildi qardaş Azərbaycanın 20 yanvar faciəsinin qurbanları yad edilmiş şəhidlərin ruhu anılmışdır.
Yazar Azadə -Taleh
Faciənin baş verməsindən 32 il keçməsinə baxmayaraq Azərbaycanın müstəqilliyi yolunda canını qurban verən şəhidlərimizin tarix boyu unudulmayacağını bildirmişdir.
Tədbirdə Ankara Sanat Platformunun rəhbəri yazar, Sultan Özatəş Azadə Taleh Abbasqızı tərəfindən QMİB-nin "Xarıbülbül" medalı, İç Anadolu Birliyinin Dünya
Jurnalistlər Birliyinin Türkiyə təmsilçisi İsmət Taş isə QMİB-nin "Nizami Gəncəvi -880" döş nişanı ilə təltif edildilmişdir.
Almaz İLAHƏ
Oxunub: 494