Qazaxlı “Starik Elxan”.
Bu adı Qazaxda çox az adam olsun ki tanımasın. Azərbaycan ordusunun ilk yarandlığı illərdə Qazaxda yaradılan özünümüdafiə batalyonunun rus ordu təcrübəsi görən şəxslərindən biri olub.
Ordu.az saytı olaraq daim Vətən müharibəsinin ilk illərindən zəhməti olan şəxsklərlə bağlı yazılar veririk. Əsas məqsədimiz, dövlətimizin müstəqillik qazabndığı ilk illərdən ordumuzun inkişafı yolunda zəhməti olanların geniş oxucu kütləsinə çatdırmaqdır. Yazımızın bu dəfəki qəhərəmanı isə Elxan Əmirxanovdur.
“Starik Elxan” ləqəbi ona yaşına görə deyil, rus orsusunda olanm xidmətinə görə verilib. Çünki, Elxan Əmirxanov Azərbaycan ordu sıralarında xidmətinə qədər Qazax rayonundakı rus ordusuna aid hərbi hissələrdən birində topoqrafiya xidmətində çalışıb. Həmsöhbətimlə Qazax şəhərindəki müharibə veteranlarının ən çox yığışdıqları kafelərdən birində görüşdük. Müsahibimi əyani tanımırdım. Sadəcə telıefon danışığımız olmşdu. Elə olduqları məkanıda mənə telefon vasitəsilə tərif etmişdi. Vədələşdiyimiz yerə çatanda nərdə oyanan şəxslər diqqətimi çəkdi. Onlardan biridə yaxşı tanıdığım Vaqif müəllimiydi. Ətrafdakılardan fərqli olaraq zər atıb, daşları xanalara dəyişən bu şəxsləridə oyunun yaratdığı çılğınlıq yoxuydu. O qədər səbrlə oynayırdılar ki, onları fikirlərini oyundan yayındırıb ətrafda izlədiyim bu xoş mənxzərəni pozmaq istəmədim. Təsadüfən mənə tərəf çönən Vaqif müəllim “Ayə Elxan qonağın buduha gəldi” deyə ona səsləndi. Hal - əhval tutub bir az söhbətləşəndən sonra, barəsində yazı haırlamaq niyyətimi bildirdim. Barmaqlarını bir – bitrinə daraqlayaraq çənsinə söykəyiob gözlərini qıyıb xəyala daldı. Müharibə adamlarıyla söhbətlərim zamanı bu cür hallarla tez – tez rastlaşdığım üçün, artıq Elxanın hansısa bir epizod xatırladığını duymaq o qədər də çətin deyildi mənim üşün. Dostlarının “Çox fikirləşmə qardaş” sözü onu xəyallarından ayırdı.
- Hə üzürlü sayın bir anlığm avtomobildə vurulduğum epizodu yaşadım. İndi hardan başlayaq? Dedi
- İlk olaraq özünüz barədə məlumat verməyinizi xahiş edirəm.
- 1957 – ci il, 1976 – 78 ci illərdə Estoniyada rus ordusunda həqiqi hərbi xidmət keçib. 1984 – cü ildə yenidən hərbi xidmətə getmək üçün müraciət eləmişəm. Müraciətimə müsbət cavab verilib. Mən Qazaxda yerləşən rusiyaya aid hərbi hissələrdən birində topoqrafiya sahəsində xidmətimə davam etmişəm. Sovet ordusu Azərbaycan ərazisindən çıxarılana qədər də həmin hərbi hissədə xidməıtimi davam etləmişəm.
- Azərbaycan ordusu sıralarına daxil olmağınız necə baş verdi. Artəq o zaman ölkəni tərk edən rus ordusubndan göndərişləmi gəldiniz yoxsa sizi işdən çıxarıb sərbəst seçim etməyinizimi istədilər?
- Onu sizə deyim ki, bu hadisələr başlayana qədər ruslarla münasibətimiz çox yaxşıydı. Yəni, heç hiss etməzdin ki, duigər milətlərin nümayəndələrilə birgə çalışırsanş. Hamı bir – birinə mehriban və səmimiydi. Amma, ermənilərin Azərbaycan qarşı yenidən başlatdıqları ərazi iddialarından sonra, ruslıarın ermənipərəsət mövqelərini açıq – aşkar hiss elətdirmələri, bizimdə hərbi hissədə olan münasibətdə bir az spyuqluq yaratdmışdı. Xüsusilə 1990 – cı ilin 20 yanvar hadisəsindən sonra, onlara qarşı olan səmimilik tam yox olmuşdu. Bunu ruisların özüdə bilirdi. Siz təsəvvür edin ki, 20 yanvar hadisəsindən sonra bir işə getmədik bir neçşə gün. Normalda o zaman bu hərbi hissəni özübaşına tərk etmək kimi, qəbul edilərək bizim barəmizdə tribunala verilməliydik. Lakin, onlar bunu eləmədilər. Bir neçə gün sonra, orada çalışanların evlərinə gəlib işə davam etməyimizi bildirdilər. Təsəvvür edirsiniz, özüdə tələblə deyil, xahiş. Edirdilər ki, bəs biz işə gəlib xidmətimizə davam eliyək.
- Yəni, ruslarda olan bu dırnaq arası səmimilk nədən irəli gəlirdi?
- Biz bunu sonralar bildik. Onların əslində əsas istəkləri bizim xidmətə davam etməyimiz deyildi. Bir növ demək olar ki, bizdən qalxan kimi istifadə edirdilər. Hadisələr cətrəyan edəndən sonra, Qazax və ətrafda olan hərbi hissələrin yüksək rütbəli rəsmiləri tez – tez İrəvana gedib gəlirdilər. 20 yanvar hadisəsindən sonra, ruslar xalqın qəzəbindən ehtiyat edirdilər. Ona görədə bizim işdə olmadığımız müddətlərin hər günün işdə olduğumuiz kimi qeyd etmişdilər. Çünki, elə başa düşürdülər ki, onlar işə gəlmədiyimiz üçün, bizə cəza versələr insanlar daha da aqressivləşərək onlara təzyiq etmək üçün ayağa qalxacaqlar.
- Az öncə səsləndirdiyim sulaın ikinci hissəsini bir daha xatırladım. Onlar gedərkən sizi necə işdən kənarlaşdırdılar?
- Artıq rus ordusunun Azərbaycandan çıxması tam qətiləşdirilmişdi. Köçmək üçün hazırlıq işləri aparılırdı. Akş o zamanları bir linetə köçürmüş olaydıq. Bir yandan hüzünlü üzüntüləri varıydı, bir yandan da bizə mühribanlıq etmək istəyirdilər. Komandir heyətinin bir neçəsi bizim sizinlə düşmnəçiliyimiz yoxdur deyirdilər. Onların bu sözlərində bəli bəlli olur, 20 Yanvar buna sübutdur, deyə cavab verirdik.
- Azərbaycan ordusu sıralarına qatılmağınız necə oldu?
- Hər gün ermənilərin bir bölgəmizdə daha da azğınlaşdığının şahidi olurduq. Özünüzdə yaxşı bilrisiniz, Boğanıs Ayrım, Quşçu kəndlərində törədilən faciələr. Hələ rus ordusu burda olduğu vaxtlarda belə, Qazaxda özünümüdafiə batalyonu formalaşırdı. Bütün bu dirçəlişlər addım – addım rusıarın gözü qarşısında baş verirdi. Artıq bizdə özünümüdafiə batlayonuna yazılmaq üçün müraciət etmişdik. Qısa müddətdən sonra, müraciətimizə müsbət cavab verildi və Milli Ordu sıralarına qatıldıq. İlk günlərdən bizə qarşı uşaqların diqqəti tamamilə fərqlənirdi. Hansı rütbədə və hansı işi görməyimizdən asılı olmuyaraq, rus ordusundan gələnlərə o zaman baş bilən biri kimi baxırdılra. Buda təbbi bir halıydı. Çünki, ixtisaslı kadr zabitlərimiz o zaman çox azdır. Mənimdə hərbi təcrübəmə çox hörmətlə yanaşıldı və mən milli orduda 1993 – 97 – ci illər ərzində Qazax özünümüdafiə batalyonunda taqım komandiri kimi xidmətini davam etdirdim. Daxili əmrlə bölük komandiri vəzifəsinə qədər yüksəldim.
- Rus ordusundakı xidmətləriniz Azərbaycan ordusuna necə kömək etdimi?
- Əlbəttə! Bilirsiniz ki, hərbi əsasən xəritələrlə işləməyi xoşlayır. Məndə topoqrafiya sahəsində kifayət qədər təcrübəm varıydı deyə, bu amilədn maksimumyaaralana bildik.
- İlk döyüşünüz hansı döyüşlərə təsadüf etdi?
- İlk döyüşümüz Bala Cəfərli kəndi istiqamətində oldu. Bir az öncədə dedim ki, ermənilərin hər gün bir az daha azğınlaşması müşahidə edilirdi. Demək olar ki, elə bir gün olmazdı ki, Qazaxın sərhəyanı kəndləri atəş atəşə məruz qalmasın. Təbii ki, bizdə müəyyən qədər qabaqlayıcı tədbirlər görmək məcburiyyətindəydik. Ermənilərin açdığı atşlərə bəzən qarşılıq vermək üçşün hücum əməliyyatlarıda həyata keçirirdik. Bala Cfərli kəndinə onların hücum etməsidə bu cür əməliyyatlardan biriydi. Əslində biz həmin vaxtı ermənilərin Lələkəndin istiqmətindəki mövqelərini almaq üçün plan hazırlayırdıq. Onlar bizim hücum əməliyyatından bir gün öncə Bala Cəfərli kəndində səhər saatlarında hücuma keçdilər. O, hücumun qarşısının alınmasında düzdür xeyli çətinliyimiz olsada, amma, onların istəklərinə nail olmağa imkan vermədik. Qısa müddət ərzində ermənilərin hücumunun qarşısını almaqla onlara xeyli itgi verdirərərk geri oturtduq.
- Ən yadda qalan və heçş bir zaman, unutmayacağnızın əməliyyat hansı olub?
- Əslində əməliyyatlarımızın heç biri yaddan çıxası deyil. Amma, sizinlə söhbətimizin əvvəlindəölümdən döpndüyüm bir epizodu yenidən yaşadım. 1993 – cü ilin dekabr ayında ermənilərin yenidən Bala Cəfərli kəndi istiqamətinə kəskin hücumları baş verdi. Artıq neçə saatıydı ki, atışma gedirdi. Bizim müdafiə qüvvəsi onların sayından 2, bəlkədə 3 dəfə az olsada, ermənilərə tutarlı cavab verirdilər. Sursatın getdikcə azlması onlara qarşı dirənişimizi zəiflədirdi. Mən patron gətirmək üçün, getdim. Şəxsi maşınıma minaatan mərmiləri, qranatalar və patron yükləyib yenidən mövqelərimizə qalxırdım. Anidən qulaqlarımın tutulduğunu, ətrafımın qaranlıq olduğunu, nədənsə özümü heç hiss etmədiyimi anladım. Hər yan qaranlıq içərisindəydi. Bir müddətdən sonra, özümə gələndə mənə bildirdilər ki, maşınımı vurublar.
- Minaya düşmüşdünüz?
- Xeyir, Mina deyildi. Hərəkət etdiyim yol elə yerdir ki, Lələkəndən bir başa mçüşahid edilir. Yəni, Bala Cəfərli kəndi, Lələkəndin solunda yerləşir. Lələkəndin üstündəki mövqelərindən məni minaatanla vurmuşdular. O, dəhşətli andan sonra özümə gəldiyim vaxtı sanki dünyaya yenidən doğulduğum gün kimi, qeyd edirəm.
- Bizə vaxt ayrıdığınız üçün sizə təşəkkürmüzü bildiririk.
- Mən təşəkkür edirəm ki, bu gün ordumuzun hər an gücləndiyini, ordu quruculuğunda xuidməti olanları yaddan çıxarmırsınız.
Daşqın Güneyli Qazax
Oxunub: 996